2013-cü il Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinin cox hissəsinin, yəni 52,2 faizinin natamam və tam orta təhsilə sərf edilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, 2013-cü il dövlət büdcəsində təhsil xərclərinin xüsusi payı 7,7 faiz olmaqla 1.530.482,6 min manat nəzərdə tutulub. Bu isə 2012-ci illə müqayisədə 18.945,24 min manat və ya 1,3 faiz çoxdur.
Bu il təhsil xərclərində məktəbəqədər və ibtidai təhsil sahəsinə 145.799.924,0 manat (təhsil xərclərində xüsusi payı 9,5 faizdir), internat və xüsusi məktəblər 53.122.604,0 (3,5 faiz), texniki-peşə məktəbləri və liseylər, kolleclər üçün 81.071.030,0 (5,3 faiz), ali təhsil sahəsinə 57.163.073,0 manat (3,7 faiz) sərf ediləcək.
Bu il ərzində təhsil sahəsində tətbiqi tədqiqatlara 5.771.304,0 manat vəsaitin sərf edilməsi nəzərdə tutulur ki, bu da təhsil xərclərinin 0,4 faizini təşkil edir. Bu il təhsil sahəsində digər xidmətlərə 388.728.758,0 manat (25,4 faiz) sərf ediləcək.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanununa əsasən, 2013-cü ildə dövlət büdcəsinin xərclərinin 19.850,0 milyon manat olacağı proqnozlaşdırılıb.