Azərbaycanda açıq idman obyektlərində siqaret çəkilməsinə qadağa qoyula bilər

“Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun qəbul olunarsa, bu qadağanın açıq idman obyektlərində tətbiq edilməsi mümkündür”, – çərşənbə günü Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Mirkamil Rəhimov bildirib. Avropanın bəzi ölkələrində açıq idman obyektlərində siqaret çəkilməsinə qadağa var. Hazırda Rusiyada da bu qadağanın tətbiq edilməsi müzakirə olunur.

Rəhimov deyib ki, Azərbaycanda idman yarışları keçirilən zallarda siqaret çəkilməməsinə nəzarətdə olunur.
“Qapalı zallarda siqaret çəkilməsi qəti qadağandır və buna da riayət olunur”, – şöbə müdiri qeyd edib.
Onun sözlərinə görə, açıq idman obyektlərində siqaret çəkilməsinə qadağanın qoyulması üçün qanunvericiliyə dəyişiklik edilməlidir.

Azərbaycan 2005-ci ildə Tütün İstehlakının Məhdudlaşdırılmasına dair Konvensiyaya qoşulub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. 2030-cu ilə qədər isə ölənlərin sayının 8 milyondan çox olacağı gözlənilir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO