Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsinin yeni təsviri və nümunəsi təsdiq edildi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Fərmana dəyişiklikləri təsdiq edib.
Trend-in məlumatına görə, Fərmanda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə 66) aşağıdakı dəyişikliklər edilib:
1.1. həmin Fərmana Əlavə I – “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri” üzrə:
1.1.1. 2-ci hissədə “35” rəqəmləri “32” rəqəmləri ilə əvəz edilsin;
1.1.2. 3.1-ci bənddə “AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ ŞƏXSİYYƏT VƏSİQƏSİ” sözləri “AZƏRBAYCAN RESPUBLİKASI – REPUBLIC OF AZERBAIJAN” sözləri ilə, “IDENTITY CARD OF THE CITIZEN OF THE REPUBLIC OF AZERBAIJAN” sözləri “ŞƏXSİYYƏT VƏSİQƏSİ – IDENTITY CARD” sözləri ilə əvəz edilsin, “yazılır” sözündən sonra “, yuxarı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur” sözləri əlavə edilsin;
1.1.3. 3.2-ci bənddə “CİNSİ/SEX” sözlərindən sonra “VƏTƏNDAŞLIĞI/NATIONALITY” sözləri əlavə edilsin, “QAN QRUPU/BLOOD GROUP” sözləri isə çıxarılsın;
1.1.4. 5.2-ci bənddə “orta hissəsinin” sözlərindən əvvəl “orta hissəsində “DOĞULDUĞU YER/PLACE OF BIRTH” və “QAN QRUPU/BLOOD GROUP” sözləri yazılır,” sözləri əlavə edilsin;
1.2. həmin Fərmana Əlavə III – “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nümunəsi” yeni redaksiyada verilsin (əlavə olunur).
2. Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO