Azərbaycan vətəndaş cəmiyyəti quruculuğunda beynəlxalq partnyorların imkanlarından istifadə etməyə hazırdır

Azərbaycan vətəndaş cəmiyyəti quruculuğunda nəinki yerli tərəfdaşlar, həmçinin beynəlxalq partnyorların bütün imkanlarından istifadə etməyə hazırdır və bu, həm də dövlətimizin siyasi iradəsinin ortada olduğunu göstərir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib.
“Azərbaycan açıq və demokratik bir ölkədir, Azərbaycan həmişə beynəlxalq əməkdaşlığa maraqlı olub. Həm də Azərbaycan maraqlı olub ki, dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilsin, Azərbaycanda tətbiq edilsin”, – Quliyev deyib.
O vurğulayıb ki, beynəlxalq təşkilatlar və xarici QHT-lər Azərbaycanda fəaliyyət zaman Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına əməl etməli, ölkəmizin maraqları əleyhinə hərəkət etməməli və gizli proqramları icra etməməlidirlər.
“Belə hallar beynəlxalq əməkdaşlığa olan etimada zərər yetirir və çalışırıq ki, belə hallar olmasın. Biz bir tərəfdən açıq və şəffaf əməkdaşlığı, digər tərəfdən isə fəaliyyətin Azərbaycanın qanunları çərçivəsində həyata keçirilməsini istəyirik”, – o deyib.
Quliyev bildirib ki, Azərbaycan gənclər siyasəti ilə bağlı ciddi bir proqrama malikdir, gənclərin proqramlarına vəsait ayrılır, bunun hesabına minlərlə gənc xaricdə təhsil alır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO