Azərbaycan və Xorvatiya arasında bir sıra sənədlər imzalanıb


Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində Xorvatiya-Azərbaycan sənədlərinin imzalanma mərasimi olmuşdur.

“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”i Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyak və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Xorvatiyanın ətraf mühitin və təbiətin qorunması naziri Mihael Zmayloviç və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında elm və texnika sahəsində əməkdaşlıq haqqında Saziş”i Xorvatiyanın elm, təhsil və idman naziri Jelko Yovaniç və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.

“Azərbaycan Gənclər və İdman Nazirliyi və Xorvatiya Sosial Rifah Siyasəti və Gənclər Nazirliyi arasında gənclərlə iş sahəsində Anlaşma Memorandumu”nu Xorvatiyanın Baş nazirinin müavini, sosial rifah siyasəti və gənclər naziri xanım Milanka Opaçiç və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.

“Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiyanın Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Xorvatiyanın turizm naziri Velko Ostoyiç və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev imzaladılar.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Xorvatiyanın “Plinacro” şirkəti arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov və “Plinacro” şirkətinin idarə heyətinin sədri Mladen Antunoviç imzaladılar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO