Azərbaycan və Türkiyənin müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə olunub

Azərbaycan və Türkiyənin müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə olunub.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 4-də müdafiə sənayesi naziri Yavər Camalov Türkiyə Makina və Kimya Endüstrisi Qurumunun İdarə Heyətinin sədri və baş direktoru İzzet Artunçun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanın Müdafiə Sənayesi Nazirlyi ilə qardaş ölkənin Makina və Kimya Endüstrisi Qurumu arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Türkiyənin Azərbaycandakı hərbi attaşesi Yücel Karauz görüşdə iştirak edib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO