Cari ilin 2 fevral tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrailin Müdafiə Naziri Ehud Barak ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılmış və münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyəti vurğulanmışdır. Tərəflər ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını qeyd etmişlər.
Həmçinin, enerji layihələri, Yaxın Şərqdə və Cənubi Qafqazda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılmışdır.