Azərbaycan və Rusiya qaz tədarükü üzrə saziş imzalayacaqlar

Azərbaycan və Rusiya fevral ayında 2013-cü il üçün Azərbaycan qazının tədarükünə dair saziş imzalayacaqlar.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) iclasında deyib.
“2012-ci il üçün proqnoza əsasən, Azərbaycan qazının ixracatı 3 milyard kubmetr həcmində nəzərdə tutulurdu, reallıqda isə həcm 2 milyard kubmetr olub. Fevralda bu il üçün saziş imzalanacaq. Sazişdə hər iki tərəfi qane edən şərtlər qeyd olunacaq”, – Doroxin vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO