Azərbaycan və İran parlamentlərinin spikerləri Oqtay Əsədov və Əli Laricani bazar ertəsi keçirilən görüşdə Tehranla Bakı arasında ziddiyyət yaratmağa çalışanlara qarşı sayıq olmağın vacibliyini qeyd ediblər. Trend-in məlumatına görə, bu barədə “Fars News” xəbər verir.
Məlumatda bildirilir ki, İslamabadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının iclasının kuluarlarında baş tutan görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Laricani və Əsədov qeyd ediblər ki, İran və Azərbaycanın dostluq əlqələrindən narazı olan və onların yaxınlaşmasına və həmrəyliyinə mane olan bir sıra ölkələr mövcuddur.
Azərbaycan parlamentinin spikeri İran və Azərbaycanı ümumi dəyərlərə malik qardaş ölkə adlandırıb.
“Mən bəzi adamların bizim əlaqələrimizin genişlənməsindən narazı olması barədə sözlərinizi qəbul edirəm, ona görə də biz ayıq olmalıyıq”, – Əsədov bildirib.