Azərbaycan və İndoneziyanın Konstitusiya məhkəmələri arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyətinin İndoneziyaya səfəri başa çatıb.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfudun dəvəti ilə həyata keçirilən 4 günlük rəsmi səfər çərçivəsində Fərhad Abdullayev indoneziyalı həmkarı Məhəmməd Mahfud və digər hakimlərlə geniş tərkibdə görüş keçirib və formalaşmış məhkəmə praktikası barədə ətraflı fikir mübadiləsi aparıb.
Görüşdən sonra İndoneziya Konstitusiya Məhkəməsində iki ölkənin Konstitusiya məhkəmələri arasında anlaşma memorandumu imzalanıb.
Daha sonra Fərhad Abdullayev İndoneziya Konstitusiya Məhkəməsində Azərbaycan Konstitusiya Məhkəməsinin yaranma tarixi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı mühazirə deyib.
Səfər çərçivəsində Abdullayev İndoneziya Parlamentinin Nümayəndələr Palatasının sədri Marzuki Əli, Regional Nümayəndələr Palatasının sədri İrman Qusman, Xalq Məşvərət Şurasının sədri Tofiq Kimas, ölkənin Ali Məhkəməsinin sədri Məhəmməd Hatta Əli, Məhkəmə komissiyasının sədri Eman Suparman, qanunvericilik və insan hüquqları naziri Amir Şamsuddin ilə görüşlər keçirib, hüquqi müzakirə və fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Konstitusiya Məhkəməsinin nümayəndə heyətinin üzvləri hakim Ceyhun Qaracayev və Aparat rəhbəri Rauf Quliyev indoneziyalı həmkarları ilə təcrübə mübadiləsi aparıb, hakimlərin və aparatın praktiki fəaliyyəti məsələlərini müzakirə ediblər.
Səfər müddətində Azərbaycan nümayəndə heyətini ölkəmizin İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev müşayiət edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO