Martın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçiusla görüşü olub.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı nazirlər hər iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər.
Hərbi əməkdaşlıq sahəsində əldə edilən nəticələrin daha da möhkəmləndirilməsi barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə hər iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.