Azərbaycan və Hindistan gəncləri gələcək əməkdaşlıq prespektivlərini müzakirə edəcəklər

Azərbaycan və Hindistan ölkələrarası beynəlxalq gənclər mübadiləsi proqramı çərçivəsində martın 20-26-da Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynovun rəhbərliyi altında azərbaycanlı gənclərdən ibarət nümayəndə heyətinin Hindistana səfəri başlayır.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından (ATGTİ) Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə ATGTİ əməkdaşları, ATGTİ-yə üzv olan tələbə gənclər təşkilatlarının sədrləri və İttifaqın işçi qruplarının rəhbərləri daxildir.
Səfərləri çərçivəsində nümayəndələrimiz Hindistanın paytaxtı Nyu Dehli, Aqra və Caypur şəhərlərinə baş çəkəcək, ölkənin müxtəlif mədəniyyət və tarixi abidələri (Tac-Mahal, Aqra qalası və s.) muzeyləri ilə tanış olacaqlar.
Bundan əlavə, nümayəndə heyəti Hindistanın bir sıra dövlət rəsmiləri və Nyu Dehli şəhərində yerləşən ali təhsil müəssisələrinin tələbə təşkilatları ilə görüşərək, iki ölkənin gənclər siyasətini və bu istiqamətdə gələcək əməkdaşlıq prespektivlərini müzakirə edəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO