Azərbaycan, və Aİ arasında Trans-Xəzər qaz kəmərinin çəkilişi ilə bağlı sənəd hazırlanır

Trans-Xəzər qaz kəmərinin çəkilməsi ilə bağlı Türkmənistan, Azərbaycan və Avropa İttifaqı arasında danışıqlar aparılıb. Hazırda bununla bağlı iki sənədin layihəsi hazırlanır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə sənaye və energetika naziri Natiq Əliyev deyib.

Nazirin sözlərinə görə, birinci layihə siyasi bir sənəddir və Türkmənistan və Azərbaycanın dövlət başçıları və Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo tərəfindən imzalanmalıdır, yəni bu, dəhlizin reallaşması haqqında dəstəkdir və sənəddə Trans-Xəzər qaz kəmərinin tikilməsinin vacibliyi bir daha qeyd olunacaq. İkinci sənəddə isə Trans-Xəzər qaz kəmərinin tikilməsi haqqında Azərbaycan-Türkmənistan hökumətlərarası sazişinin hazırlanmasıdır.

“Biz bununla bağlı görüşlər keçirmişik və demək olar ki, sənədlər hazırdır. Ancaq bir-iki məsələ var ki, tərəflərə aydın deyil. Türkmənistan tərəfi bununla bağlı razılığını bildirir. Yəni onlar bildirirlər ki, Türkmənistan tərəfi layihə üçün təxminən 30 milyard kubmetrə kimi təbii qaz verməyə hazırdır. Türkmənistan tərəfi bunu öz sahilində Avropa İttifaqına verməyə hazırdır. Azərbaycan Türkmənistan tərəfindən gələn təbii qaza tam təminat verməyə hazırdır, yəni Azərbaycan tərəfi yenidən bu layihədə iştirakını dəstəkləyir və bu işlərdə fəal iştirak edəcək. Bu kəmərin 90-cı illərdə Türkiyəyə qədər çəkilməsi üçün 3 milyard dollar qiyməti var idi, amma indi qiymətlər qalxıb, vəziyyət dəyişib. Təkcə Xəzərin dibi ilə boru xəttinin çəkilməsi 1-2 milyard dollar təşkil edə bilər”, – Əliyev bildirib

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO