Azərbaycan regionun geostrateji rolunda aparıcı ölkədir- Elmar Məmmədyarov

Azərbaycan enerji qaynaqları baxımından regionun geostrateji rolunda aparıcı ölkədir. Trend-in konfransın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Münxen təhlükəsizlik konfransında çıxışı zamanı belə deyib: ” Azərbaycan öz maye qazını Avropaya Nabukko West və Transanadolu magistral qaz kəmərləri ilə nəql etməyə hazırdır” – deyə Məmmədyarov cıxışında bildirib.

Nazirin sözlərinə görə, bu gün bu layihələr cox əhəmiyyətli olmaqla yanaşı həmçinin Avropanın energetik təhlukəsizliyi də təmin edə bilər. Azərbaycanın prioritetində təkcə neft infrastruktunun inkişafının yer almadığını deyən xarici siyasət rəhbəri 20 il müstəqillik dövründə ölkə iqtisadiyyatının neft olmayan sektoruna da millardlarla investisiyanın yatırıldığını diqqətə catdırıb. Məmmədyarov mühüm layihələr arasında 2014-cü ildə regionun bir necə ölkəsini birləşdirəcək, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisini göstərib. Nazir eyni zamanda qeyd edib ki, Azərbaycanın digər bir vacib uğuru Arianespace proqramı çərçivəsində ilk peykinin səmaya buraxması olacaq. Aqrar-sənaye sektoruna gəlincə isə Məmmədyarov bildirib ki,bütün bu tərəqqilərin Azərbaycanı bölgədə son dərəcə aparıcı ölkə halına gətirir.

Xatırladaq ki, Nabukko West 1300 km-lik ( Bolqarıstan-412 km, Rumıniya- 469 km, Macarıstan- 384 km, Avstriya-47 km) qaz xəttinin tikintisini nəzərdə tutur. Yəni enerji magistralının məsafə uzunluğunun Türkiyə-Bolqarıstan sərhəddindən Avstriyanın Baumqarteninə-dək təşkil edir. Bura Azərbaycanın qaz kondensant “Şah Dəniz” yatağının 2-ci stansiyasından cixarılacaq maye qaz əlavə ediləcək. Hansı ki, layihə ücün əsas mənbə hesab edilir. Hazırda Nabukko layihəsinin səhmdarları avstrıyanın OMV, Macarıstanın FGSZ, bolqarıstanın Bulqarqaz, rumıniyanın Transqaz, türkiyınin Botas və Almaniyanın RWE şirkətləridir

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO