Azərbaycan Prezidenti və xanımı Dünya azərbaycanlılarının III qurultayının açılışında iştirak ediblər

Azərbaycan Prezidenti mərasimdə nitq söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında” sərəncamına uyğun olaraq keçirilən qurultayın işində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xaricdə yaşayan azərbaycanlı alimlər, ictimai və incəsənət xadimləri, iş adamları iştirak edirlər.

Bundan başqa, qurultaya qonaq qismində Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına daim dəstək verən azərbaycanlı olmayan məşhur alimlər və ziyalılar da dəvət olunublar.

Nümayəndələr II qurultaydan keçən dövr ərzində görülən işlər, müasir mərhələdə Azərbaycan diasporu qarşısında duran vəzifələri müzakirə edir, gələcək fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparırlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO