Regionun 3 ölkəsinin – Türkiyə, Gürcüstan və Azərbaycanın əməkdaşlığı Ermənistan üçün aydın mesajdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Batumidə təşkil olunan mətbuat konfransında çıxışı zamanı bildirib.
“Türkiyə, Gürcüstan və Azərbaycan bütün istiqamətlər üzrə əməkdaşlıq platforması yaradıb və regionun inkişafını təmin edirlər. Bu, bizim qonşumuz Ermənistan üçün aydın mesajdır”, – o deyib.
Məmmədyarov əlavə edib ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını dayandırmalı, Dağlıq Qarabağdan öz qoşunlarını çıxarmalı və bundan sonra regionda sabitliyin və inkişafın təmin olunması üzrə yaradıcı fəaliyyətə qoşula bilər.