Azərbaycan diasporu Dnepropetrovskda keçirilən şənbə iməcliyində fəal iştirak edib

Ukrayna azərbaycanlıları Dnepropetrovsk Vilayət Administrasiyanın təşkilatçılığı ilə keçirilən tədbirdə fəallıq nümayiş etdiriblər.
Trend-in məlumatına görə, Ukrayna Azərbaycanlı Gənclər Birliyndən (UAGB) bildiriblər ki, Dnepropetrovskda keçirilən “şənbə iməcliyi”ndə UAK Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev və UAGB Dnepropretrovsk vilayət təşkilatının xeyli sayda fəal üzvü iştirak edib.
Təşkilatın üzvləri dörd saat ərzində Dnepropetrovsk şəhərinin prospekt, küçə və parklarında təmizlik işlərində yaxından iştirak ediblər. İməcilikdə azərbaycanlıların fəallığı xüsusi olaraq vurğulandı. Çünki bu tədbirdə digər xalqların nümayəndələri ilə müqayisədə ən fəal məhz azərbaycanlılar iştirak etdilər. Vilayətin dövlət qurumlarının rəhbərləri də bildirdilər ki, burada yaşayan digər xalqlar arasında ən fəal azərbaycanlılardır.
Şənbə iməciliyində Ukrayna Baş nazirinin muavini Aleksandr Vilkul, Dnepropetrovsk vilayətinin qubernatoru Dmitri Kolesnikov, Dnepropetrovsk Radasının sədri Yevgeni Udod, Dnepropetrovsk şəhərinin meri İvan Kulicenko, Ali Radanın deputatı İvan İvanovic Stupak da bu iməcilikdə iştirak ediblər. Rəsmi şəxslər də azərbaycanlıların bu iməcilikdəki fəallığını yüksək qiymətləndiriblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO