Azər­bay­can me­dia nü­ma­yən­də­lə­ri­nin Kip­rə da­ha bir uğurlu sə­fə­ri ba­şa çat­ıb

Bu gün­lər­də Azər­bay­can Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun jur­na­lis­ti­ka sahə­sin­də bey­nəl­xalq təc­rü­bə­nin öy­rə­nil­mə­si la­yi­hə­si çərçivəsində Azər­bay­can me­dia nü­ma­yən­də he­yə­ti­nin Şi­ma­li Kipr Türk Cüm­hu­riy­yə­ti­nə sə­fə­ri olub.
Trend-in məlumatına görə, sə­fə­rin ilk gün­lə­rin­də Kiprin Pre­zi­den­ti Dər­viş Əroğ­lu, Baş na­ziri və xa­ri­ci iş­lər na­zi­ri ilə gö­rüş­lər keçirilib. Nü­ma­yən­də he­yə­ti­nin növ­bə­ti gö­rü­şü isə “Kıb­rıs” Me­dia Qru­pu­nun İda­rə He­yə­ti­nin səd­ri Rə­şad Akar­la ke­çi­ri­lib. Be­lə bir ge­niş nü­ma­yən­də he­yə­ti­nin gə­li­şin­dən ra­zı­lı­ğı­nı bil­di­rən Rə­şad Akar qeyd edib ki, ŞKTC-nin ən bö­yük me­dia qru­pu olan “Kıb­rıs” Me­dia Qru­pu­nun ey­ni­ad­lı qə­ze­ti, te­le­vi­zi­ya­sı və ra­di­o­su var. Bundan baş­qa, qru­pun “Cyprus To­day” adı ilə həf­tə­də iki də­fə olmaq­la in­gi­lis di­lin­də qə­ze­ti də nəşr olu­nur. “Kıb­rıs” qə­ze­ti­nin tira­jı 13 mi­nə ça­tır ki, bu da ŞKTC-nin ən bö­yük ti­raj­lı qə­ze­ti demək­dir. Qə­ze­tin rek­lam gə­li­ri ay­da 1 mil­yon türk li­rə­si­nə ça­tır. Gö­rü­şə gö­rə tə­şək­kür edən Fon­dun ic­ra­çı di­rek­to­ru Vü­qar Səfər­li bil­dir­ib ki, bey­nəl­xalq təc­rü­bə­nin öy­rə­nil­mə­si Azər­bay­can mət­bu­a­tı üçün mü­hüm əhə­miy­yət kəsb edir: “Si­zin rek­lam sahəsin­də­ki təc­rü­bə­niz bi­zim üçün də ma­raq­lı ola bi­lər. Biz ar­tıq bu sa­hə­də Tür­ki­yə təc­rü­bə­si­ni öy­rən­mi­şik və bu­nu Azərbaycanda tət­biq et­mək fik­ri­miz var”. Gö­rüş­də gə­lə­cək­də əla­qə­lə­rin da­ha da möh­kəm­lən­di­ril­mə­si qə­ra­ra alın­ıb.
Da­ha bir gö­rüş Kıb­rıs Türk Qə­zet­çi­lər Bir­li­yi­nin üzvlə­ri ilə baş tutub. Bir­li­yin rəh­bə­ri Hü­seyn Gü­vən qu­ru­mun ya­ran­ma ta­ri­xi və fə­a­liy­yə­ti haq­qın­da da­nış­dı, hə­lə də Azər­bay­ca­nın mü­va­fiq qurum­la­rı ilə əla­qə­lə­ri­nin ki­fa­yət qə­dər ol­ma­ma­sın­dan təəssüflən­di­yi­ni vur­ğu­la­yıb: “Bi­zim təş­ki­la­tın 300 nə­fə­rə ya­xın üzvü üçün si­zin gə­li­şi­niz çox xoş ol­du. Ümid edi­rik ki, bun­dan son­ra əməkdaş­lı­ğı­mız güc­lə­nə­cək və bir-bi­ri­miz­dən çox şey öyrənəcəyik”.
Vü­qar Sə­fər­li­nin Fon­dun fə­a­liy­yə­ti haq­qın­da, xü­su­si­lə də jurnalistlə­rə və qə­zet­lə­rə döv­lət dəs­tə­yi la­yi­hə­lə­ri ba­rə­də ge­niş mə­lu­ma­tı kiprli həm­kar­la­rın yax­şı mə­na­da bö­yük tə­əc­cü­bü­nə və hey­rə­ti­nə sə­bəb ol­ub. Fond rəh­bə­ri bil­dir­ib: “Fond Azər­bay­can­da söz və fi­kir azad­lı­ğı­na dəs­tək ver­mək üçün ya­ra­dı­lıb. Azərbaycan Pre­zi­den­ti hər il bi­zim fon­da ki­fa­yət qə­dər və­sa­it ayı­rır və bu və­sa­it jur­na­listlə­rin so­si­al və­ziy­yə­ti­nin da­ha da yaxşılaş­ma­sın­da mü­hüm rol oy­na­yır. Pre­zi­dent jur­na­listlər üçün mən­zil ti­kin­ti­si­nə də və­sa­it ayı­rıb, ar­tıq bi­na­nın ti­kin­ti­si ba­şa ça­tıb və bir ne­çə ay­dan son­ra 156 mən­zil jur­na­listlə­rin istifadəsinə veriləcək”.
Gö­rüş­də Mət­bu­at Şu­ra­sı­nın səd­ri Əf­la­tun Ama­şov və də­gər nüma­yən­də­lər­ də çı­xış edə­rək rəh­bər­lik et­dik­lə­ri qu­rum­lar haqqın­da kiprli həm­kar­la­rı­na mə­lu­mat ver­i­blər, fi­kir mü­ba­di­lə­lə­ri apa­rıl­ıb, hər iki tə­rəf­dən mey­da­na çı­xan su­al­la­ra ge­niş izah­lar ve­ril­ib.
Kipr Türk Qə­zet­çi­lər Cə­miy­yə­ti­nin üzvlə­ri ilə ke­çi­ri­lən gö­rüş də yad­da­qa­lan ol­ub. Çı­xı­şı­na “Se­vin­ci­niz se­vin­ci­miz, kə­də­ri­niz kədəri­miz­dir” ifa­də­si ilə baş­la­yan qu­ru­mun rəh­bə­ri Akay Ca­mal Azər­bay­ca­nı çox sev­dik­lə­ri­ni, hər il Xo­ca­lı fa­ci­ə­si­nin il­dö­nü­mü ilə bağ­lı bö­yük təd­bir ke­çir­dik­lə­ri­ni de­yib: “Azər­bay­can­dan olan Kiprdə­ki uni­ver­si­tet tə­lə­bə­lə­ri də bu təd­bir­lər­də fə­al iş­ti­rak edirlər. Si­zin gə­li­şi­niz gös­tər­di ki, bun­dan son­ra əla­qə­lə­ri­miz da­ha sıx ola­caq”.
Azər­bay­can nü­ma­yən­də he­yə­ti­nin üzvlə­ri isə öl­kə­miz­də mətbuatın ha­zır­kı və­ziy­yə­ti, in­ki­şaf ten­den­si­ya­la­rı, döv­lə­tin bu sa­hə­yə gös­tər­di­yi diq­qət, qar­şı­da du­ran və­zi­fə­lər haq­qın­da ətraf­lı mə­lu­mat ver­i­blər.
Ən ma­raq­lı gö­rüş­lər­dən bi­ri Bi­rin­ci Me­dia Qu­ru­mu­nun İda­rə Heyə­ti­nin rəh­bə­ri Er­tan Bi­rin­ci ilə ol­ub. Kiprdə ilk özəl te­le­vi­zi­ya ya­yı­mı­nı hə­ya­ta ke­çi­rən bu qu­ru­mun nəz­din­də üç te­le­ka­nal və iki ra­dio fə­a­liy­yət gös­tə­rir. Te­le­ka­nal­la­rın xa­ri­ci əla­qə­lə­ri çox güclüdür, hət­ta Lon­don­da da stu­di­ya­la­rı var və ora­dan ve­ri­liş­lər ha­zır­la­nıb ya­yım­la­nır. Mü­za­ki­rə­lər za­ma­nı te­le­kör­pü­lə­rin təş­kil olun­ma­sı, qar­şı­lıq­lı sə­fər­lər, Azər­bay­ca­nın klas­sik filmlə­ri­nin Kipr te­le­vi­zi­ya­la­rın­da nü­ma­yiş et­di­ril­mə­si, hər iki tə­rəf­də nümayəndəlik­lə­rin ya­ran­ma­sı ki­mi ma­raq­lı tək­lif­lər səs­lən­ib.
Sə­fər çər­çi­və­sin­də min nə­fər­dən ar­tıq azər­bay­can­lı tə­lə­bə­nin təh­sil al­dı­ğı Ya­xın Do­ğu Uni­ver­si­te­ti, Gir­nə Ame­ri­kan Uni­ver­si­te­ti və Do­ğu Ak­de­niz Uni­ver­si­tet­i­nin rəh­bər­lə­ri ilə də sə­mə­rə­li görüşlər ke­çi­ril­ib.
Uni­ver­si­tet rek­tor­la­rı ilə ke­çi­ri­lən ge­niş tər­kib­li gö­rüş­lər­də hə­min uni­ver­si­tet­lə­rin nəz­din­də­ki me­dia qu­ru­mla­rı ilə Azər­bay­can media­sı­nın sıx təc­rü­bə mü­ba­di­lə­si və əmək­daş­lı­ğı­na na­il olmaqdan tut­muş ora­da təh­sil alan azər­bay­can­lı tə­lə­bə­lə­rin məqbul dav­ra­nış və təh­sil fə­a­liy­yə­ti­nə qə­dər ge­niş mə­sə­lə­lər ətra­fın­da fi­kir mü­ba­di­lə­si apa­rıl­ıb. Ya­xın Do­ğu, Do­ğu Ak­de­niz uni­ver­si­te­tlərinin rəh­bər­lə­ri­nin Azər­bay­can me­di­a­sı­nın in­ki­şa­fı barə­də xoş söz­lə­ri məm­nun­luq­la qar­şı­lan­ıb.
Azər­bay­can me­dia qru­pu­nun rəs­mi sə­fə­ri proq­ra­mın­da Kip­rin tari­xi, mə­də­niy­yət abi­də­lə­ri ilə ta­nış­lı­ğa da yer ay­rıl­ıb. Zi­ya­rət­lər za­ma­nı qru­pu mü­şa­yət edən ŞKTC-nin Azərbaycandakı sabiq nümayəndəsi Zə­ki Qa­zı­oğ­lu və ŞKTC-nin Xarici İşlər Nazirliyinin nümayəndəsi İb­ra­him Tak­sa­man­çı öl­kə­si­nin ta­ri­xi, mə­də­niy­yə­ti, mət­bu­a­tı, xal­qın öz sər­vət­lə­ri­nə və də­yər­lə­ri­nə möh­kəm bağ­lı­lı­ğı ba­rə­də ge­niş mə­lu­mat­lar ver­i­blər.
KİVDF-nin ic­ra­çı di­rek­to­ru Kipr mət­bu­at or­qan­la­rı­nın bö­yük mara­ğı­nı nə­zə­rə ala­raq bü­tün gö­rüş­lər­də öl­kə­nin me­dia nümayən­də­lə­ri­ni Azə­rbay­ca­nın mət­bu­at sa­hə­sin­də ha­zır­kı dövlət si­ya­sə­ti­ ilə da­ha ya­xın­dan ta­nış ol­maq üçün Azər­bay­ca­na sə­fə­rə də­vət edib. Azər­bay­ca­nın təc­rü­bə­si­nə ma­raq­la­rı­nı giz­lət­məyən Kipr me­dia mən­sub­la­rı də­və­ti qə­bul et­dik­lə­ri­ni bil­dir­iblər.
Bu­nun­la da Azər­bay­can nü­ma­yən­də he­yə­ti­nin Şi­ma­li Kipr Türk Cüm­hu­riy­yə­ti­nə sə­fə­ri ba­şa çat­ıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office[email protected]

1905.az STUDIO