AZAL Türkiyəyə mövsümi aviareyslər açır

“Azərbaycan Hava Yolları” (AZAL) may-iyun aylarında Türkiyənin Antalya, Bodrum və İzmir kurort şəhərlərinə birbaşa mövsümi aviareysləri açmağa başlayıb. Bu barədə cümə günü Trend-ə AZAL-dan bildirilib.

Aviaşirkətdən deyiblər ki, Bakı-Antalya-Bakı marşrutu üzrə aviareyslər mayın 18-dən sentyabrın 30-na kimi çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək. Çərşənbə axşamı, şənbə və bazar günləri təyyarə Bakıdan yerli vaxtla saat 11:10-da, cümə günləri isə saat 16:10-da uçacaq.

Bakı-Bodrum-Bakı marşrutu üzrə aviareyslər iyunun 12-dən sentyabrın 13-dək hər gün saat 10:00-da həyata keçiriləcək.

Bakı-İzmir-Bakı marşrutu üzrə aviareyslər iyunun 13-dən sentyabrın 16-dək çərşənbə axşamı və cümə günü həyata keçiriləcək. Çərşənbə axşamı təyyarə Bakıdan yerli vaxtla saat 08:00-da, cümə günləri isə saat 11:30-da havaya qalxacaq.

Göstərilən bütün istiqamətlərdə aviabiletlərin dəyəri 575 manat təşkil edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO