“Azad söz” Təşəbbüs Qrupu qeydiyyata alınmadı

“Vətəndaş Cəmiyyəti” qrupu isə qeydiyyatdan keçib
“Azad söz” Təşəbbüs Qrupu qeydiyyata alınmadı
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Lent.az-ın xəbərinə görə, əvvəlcə “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşəbbüs qrupunun referendum üzrə təşviqat qrupu kimi qeydə alınması məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, təşəbbüs qrupu Komissiyaya 68 dairə seçki komissiyasının ərazisində 866 imza vərəqində 43 300 imza təqdim edib. MSK-dakı müvafiq işçi qrupun araşdırmaları nəticəsində imzalardan 41 277-si etibarlı, 2 023-nin etibarsız olduğu aşkarlanıb. Sonda “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşəbbüs qrupunun referendum üzrə təşviqat qrupu kimi qeydə alınıb.
Daha sonra “Azad söz” referendum üzrə təşəbbüs qrupunun referendum üzrə təşviqat qrupu kimi qeydə alınması məsələsinə baxılıb. Natiq Məmmədov bildirib ki, təşəbbüs qrupu 65 dairə seçki komissiyasından 862 imza vərəqində topladığı 43 100 imzanı MSK-ya təqdim edib. Müvafiq yoxlama nəticəsində imzalardan 38 261-nin etibarlı, 4 839-nun etibarsız olduğu aşkarlanıb. Sonda “Azad söz” referendum üzrə təşəbbüs qrupunun referendum üzrə təşviqat qrupu kimi qeydə alınmasından imtina edilib.
İclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO