Azad Rəhimov: Avropada hamı Azərbaycanın keçirəcəyi I Avropa Oyunları ilə fəxr edəcək

“Avropada hamı bizim birinci Avropa Oyunlarına hazırlığımız və gördüyümüz tədbirlə fəxr edəcək”. Trend xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Dünya İdman Mətbuatı Assosiasiyasının (AİPS) Bakıda keçirilən 77-ci konqresində çıxışı zamanı bildirib.

A.Rəhimovun sözlərinə görə, konqresin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində təşkil edilməsi ölkəmizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir: “Biz innovativ oyunların modelini yaratmağa çalışırıq. Bu, sadəcə idman yarışması olmayacaq. Bu, yeni idman məntəqələrinin tikilməsinə yardım edəcək”.

Nazir qeyd edib ki, Bakı idman şəhəridir, ona görə də idmanla bağlı burada yeni bir tədbirin keçirilməsinə şaddır: “Ümid edirəm ki, Bakıda gözəl vaxt keçirəcəksiniz. Sizi gələn il burada yenidən görməyə ümid edirəm”.

O, idman jurnalistlərinə Bakıda gözəl turist yerləri, sosial və digər sahələrlə yaxından tanış olmağı tövsiyə edib.

Qeyd edək ki, mayın 1-dək Bakıda keçiriləcək AİPS-in 77-ci konqresində iştirak etmək üçün 110 ölkədən 250-dən çox nümayəndə və müşahidəçi qeydiyyatdan keçib.

Konqres çərçivəsində, həmçinin AİPS Avropanın hesabat-seçki konfransı, eləcə də digər qitələrdən olan qurumların iclasları, həmçinin AİPS komissiyalarının toplantısı olacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO