• flag
  • flag
  • flag

İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU

BIQ
qabiq
samaxi-soyqirim

AVCİYA prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə Obama Administrasiyasına "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyası ünvanlanıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 06.04.2016-cı il tarixində “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılmışdır.
Müraciətdə AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır, Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilir.
Qaydalara görə, petisiyaya cavab verilməsi üçün 1 ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də Türk dünyasının bu petisiya barədə məlumatlandırılması məqsədilə geniş PR kampaniyasına başlamışdır. Kampaniya çərçivəsində ay ərzində çoxsaylı aksiya və görüşlərin keçirilməsi, məlumatlandırıcı materialların paylanılması və sair bu kimi fəaliyyətlərin icra edilməsi planlaşdırılır.
Qeyd edək ki, Qarabağ həqiqətlərinin, Ermənistanın işğalçı siyasətinin, tarix boyu xalqımıza qarşı törədilən soyqırımı və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması AVCİYA fəaliyyətinin ana xəttini təşkil edir. 2012-ci ildə icrasına başlanılan “Sərsəng Harayı” layihəsi də bu qəbildən olan işlərdən biridir. Həmin layihə çərçivəsində çoxsaylı yerli və beynəlxalq tədbirlər keçirildi, kitablar nəşr edildi, Sərsəngin təsiri altında olan Aşağı Qarabağ bölgəsində yaşayan 400 min insanın hansı təhlükə ilə üz-üzə olması, Ermənistanın Sərsəng soyqırımı siyasəti dünya ictimaiyyətinə çatdırıldı. 2013–cü ildə isə AVCİYA Prezidenti Elxan Süleymanov, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olaraq, cari ildə qəbul edilmiş 2085 saylı qətnamənin layihə təklifini AŞPA katibliyinə təqdim etdi. Hazırki layihə 2012-ci ildə bu istiqamətdə başlanılan işlərin davamıdır. AVCİYA-nın bu istiqamətdə icra ediləcək növbəti layihəsi AŞPA-da, Assambleyanın iyun sessiyası (18-22 iyun) zamanı “Sərsəng Soyqırımı” adlı qısametrajlı filmin nümayiş etdirilməsi və 5 gün müddətində eyni adlı rəsm sərgisinin keçirilməsi olacaqdır. Təşkilat cari ilin iyun ayında Avropa Komissiyasının dəstəyi ilə Sərsəng su anbarı ilə bağlı yeni layihənin icrasında da başlayacaqdır.

Mətbuat Xidməti

Petisiyaya bu linkdən səs verin:

https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe

Oxunub: 403 dəfə | Tarix: 7-04-2016, 16:11 | Kateqoriya:

Qarabağ