• flag
  • flag
  • flag

İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU

BIQ
qabiq
samaxi-soyqirim

«Ən böyük günahkar elə müxalifətin özüdür»

«İndi seçki ilə bağlı Azərbaycan cəmiyyətində kəskin etimadsızlıq mühiti hökm sürür». Bunu «Azadlıq» radiosuna prezidentliyə namizəd İqbal Ağazadə deyib.

Oxunub: 451 dəfə | Tarix: 25-09-2008, 10:24 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

500 məntəqədə «Exit-poll» və «Quick-count» keçiriləcək

Respublikamızda keçiriləcək prezident seçkilərində təxminən 500 məntəqədə «Exit-poll» və «Quick-count» tədqiqatlarının keçirilməsi nəzərdə tutulub. Tədqiqatları «ELS» Araşdırmalar Mərkəzi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ilə birlikdə həyata keçirəcək.

Oxunub: 439 dəfə | Tarix: 25-09-2008, 10:08 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

ATƏT-in seçkini müşahidə missiyasının rəhbəri: «Ümumi seçki mühiti əvvəlkilərdən daha yaxşı ola bilər»

«Bizim hesabatlardan heç kim razı qalmır. Müxalifət deyir, kifayət qədər tənqidi deyil, hakimiyyət deyir, çox sərtdir»

ATƏT-in seçkini müşahidə missiyasının rəhbəri Boris Frlets «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

- ATƏT-in müşahidə missiyasının hesabatında deyilir ki, bu qurumun bəzi tövsiyələrinə əməl olunmayıb. Konkret hansı tövsiyələrdən söhbət gedir?
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Venesiya Komissiyasının tövsiyələrindən bəziləri qismən nəzərə alınıb, bəziləri isə heç nəzərə alınmayıb. Biz seçki kampaniyasının 60 gündən 28 günə salınmasından, medianın vəziyyətindən, sərbəst toplaşmaq azadlığının müxtəlif cür şərh olunmasından narahatıq. Bir də seçki komissiyalarının tərkibi sarıdan narahatlıq var. Əgər komissiyalarla bağlı şübhələr varsa, ictimaiyyətdə inamsızlıq yaradır ki, bu da çox pisdir.

Oxunub: 443 dəfə | Tarix: 25-09-2008, 10:00 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

Prezident istəyir ki, başqa namizədlər daha çox görünsünlər

ATƏT-in seçkini müşahidə missiyasına Boris Frlets başçılıq edir, missiyaya 12 əsas üzv daxildir

«Prezident İlham Əliyev deyir ki, seçki kampaniyasına şəxsən özü az qatılacaq, istəyir ki, başqa namizədlər daha çox görünsünlər. Prezidentin kampaniyasının çox yaxşı təşkil olunduğu görünür. O, parlamentin 50 üzvünü özünə vəkil təyin edib». ATƏT-in Azərbaycanda prezident seçkisini müşahidə missiyası yenicə açıqladığı hesabatında belə deyilir. Bu, missiyanın prezident seçkisiylə bağlı ilk hesabatıdır.

Oxunub: 406 dəfə | Tarix: 24-09-2008, 09:39 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

“MDB-nin heç bir ölkəsində Azərbaycandakı kimi seçki şəraiti yaradılmayıb”

Azərbaycanda prezident seçkilərinin gedişini izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının rəhbərliyi bu gün mətbuat konfransı keçirib.

Oxunub: 439 dəfə | Tarix: 23-09-2008, 20:03 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

MSK aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb.

MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, treninqlər bütün ölkə ərazisindəki seçki dairələrində keçiriləcək.

Oxunub: 455 dəfə | Tarix: 23-09-2008, 16:36 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

AFFA Mərkəzi Seçki Komissiyasına müraciət edəcək

AFFA rəhbərliyi Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Bu haqda “APA-SPORT”a assosiasiyanın baş katibi Elxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, məktub vasitəsilə MSK-dan milli komandanın futbolçularının oktyabrın 15-də Azərbaycan prezidenti seçkisində iştirakına şərait yaradılması xahiş olunacaq.

Oxunub: 480 dəfə | Tarix: 23-09-2008, 16:33 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

MSK-ya 700 yerli müşahidəçi müraciət edib

Bugünədək prezident seçkilərini izləmək üçün 700 yerli müşahidəçi Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Seçkiləri müşahidə etmək üçün müraciət edənlər əsasən, qeyri hökumət təşkilatlarının təmsilçiləridir. Bu barədə "Üç nöqtə"yə Mərkəzi Seçki Komissiyasının şöbə müdiri İradə Hacıyeva məlumat verib.

Oxunub: 439 dəfə | Tarix: 23-09-2008, 16:31 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

«Azərbaycanda seçkiqabağı vəziyyət kifayət qədər sabitdir»

«O dövlərlə müqayisədə ciddi çaxnaşma, qarşıdurma əlbəttə ki, yoxdur»

«Azərbaycanda seçkiqabağı vəziyyət kifayət qədər sabitdir». Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ANS TV-yə müsahibəsində belə deyib. O əlavə edib ki, seçkiqabağı vəziyyət sivil ölkələrdə olduğu kimi aparılır.

Oxunub: 398 dəfə | Tarix: 23-09-2008, 09:41 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

AVCIYA nümayəndələri ABŞ Milli Demokratiya İnstitutu və Avrasiya Əməkdaşlıq Fondunda olublar

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndələri beynəlxalq təşkilatlarla görüşləri davam etdirir.

Oxunub: 491 dəfə | Tarix: 22-09-2008, 17:44 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...