“AZ-EVRO TEL ” MMC-dən yeni kampaniya


“AZ-EVRO TEL” MMC tərəfindən Novruz bayramı və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 11.03.2013-cü il tarixindən 31.05.2013-cü il tarixinə kimi yeni kampaniya keçirilir.
Kampaniya yeni telefon çəkilişi tarifinə 50% güzəşt tətbiq edilir və yeni telefon çəkdirən hər bir abunəçiyə telefon aparatı hədiyyə verilir. Mənzil telefonlarının addan-ada keçirilməsinə, telefonun təhvil verilməsi barədə arayışın təqdim olunmasından asılı olmayaraq, 2 (iki) manat tarif tətbiq olunur.
Genişzolaqlı internet (ADSL və ayrılmış xətt) və İP-TV xidmətlərinə pulsuz qoşulma təmin edilir. 1÷3 Mbit/s sürətli məhdudiyyətsiz internet xidmətinə yeni qoşulan və 3 (üç) aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə 1 (bir) ay pulsuz internet xidməti göstərilir. 4÷10 Mbit/s sürətli internet xidmətinə yeni qoşulan və 3 (üç) aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə isə pulsuz modem verilir.
Trafikli internet xidmətinə yeni qoşulan və 3 (üç) aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə modem, İP-TV xidmətinə qoşulma və 1 (bir) ay ərzində istifadə pulsuz verilir.
Sənədləşdirmə işləri xidmətlərin satışı şöbəsində aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO