• flag
  • flag
  • flag

İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU

BIQ
qabiq
samaxi-soyqirim

AVCİYA yeniyetmələrə siqaret satılması haqqında monitorinqin nəticələrini açıqladı

AVCİYA yeniyetmələrə siqaret satılması haqqında monitorinqin nəticələrini açıqladı
Aprelin 11-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının İnsan Hüquqları XX əsr-Azərbaycan Fondu ilə birgə həyata keçirdiyi "Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində "Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda Dəyirmi Masa olub.
Tədbiri giriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov tədbir iştirakçılarını Assosiasiyanın prezidenti, millət vəkili Elxan Süleymanovun adından salamladıqdan sonra təşkilatın fəaliyyəti ilə bağlı məlumat Verdi. Natiq qeyd etdi ki, cəmi bir neçə gün əvvəl AVCİYA-nın Qarabağla bağlı hesabatının BMT-nin rəsmi saytında dərc olunduğunu vurğuladı. E.Salmanov daha sonra AVCİYA-nın İnsan Hüquqları XXI əsr Azərbaycan Fondu ilə birgə keçirdiyi kampaniyanın məqzi barəsində danışdı.
İnsan Hüquqları XXI əsr Azərbaycan Fondunun rəhbəri Şahin Camalov Fondun "ELS” Araşdırma Mərkəzi ilə birgə Bakı şəhərinin siqaret satılan ticarət obyektlərində tütün məmulatlarının ticarətdə qanunauyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və rəy sorğusunun nəticələri haqqında danışdı. Qeyd olundu ki, sorğu 2017-ci il mart ayının 9-dan 11-dək Bakı şəhərinin Nizami, Xətai, Səbail, Yasamal, Binəzədi, Nəsimi rayonlarındakı ticarət obyektlərində "Face to face” metodologiyası ilə keçirilib və sorğunun anonimliyi təmin olunub. Monitorinq nəticəsində müəyyən olunub ki, ticarət obyektlərinin 82,8%-də 18 yaşa çatmayanlara siqaret satışının qadağan olunmasına dair elan yoxdur. Yeniyetmələrə siqaretin satışı ilə bağlı qadağa haqqında satıcıların yalnız 3,4%-nin məlumatı yoxdur, satıcıların 6,9 %-i isə ədələ siqaret satışının mümkün olduğunu qeyd edib. Satıcıların 96,6 %-I siqaret almaq üçün müraciət edən yeniyetmələrin yaşını gözəyarı müəyyən edir. Ş.Camalov bildirib ki, "Tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununda "siqaret, papiros və siqarillaların” ədədlə satışı qadağan olunsa da, monitorinqin əhatə etdiyi bütün obyektlərdə siqaretin ədədlə satılması müəyyən edilib. Rəyi soruşulanlar vergi orqanları, Ticarət və Xidmət Departamenti, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, icra hakimiyyəti və digər orqanların siqaret satışına nəzarəti həyata keçirdiyini bildiriblər.
Təhsil Nazirliyinin nümayəndəsi Firudin Həmzəyev belə atual məsələyə reaksiya göstərdiyinə görə AVCİYA-nın rəhbərliyinə təşəkkürünü bildirib. Nazirliyin nümayəndəsi qanunvericiliklə qadağan olunmasına rəğmən məktəblərin və təhsil müəssisələrinin yaxınlığında tütün məmulatları satan satış obyektlərini böyük problem kimi dəyərləndirib. Natiq bu halların qarşısını almaq üçün aidiyyatı orqanların, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin yardımının lazım olduğunu vurğulayıb.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Əkbər Əkbərov qeyd etdi ki, müzakirə olunan məsələ ilə bağlı DİN Təhsil Nazirliyi ilə birgə yalnız bu ilin birinci yarısında 325 tədbir keçirib. Yetkinlik yaşına çatmayanlara tütün məhsullarının satılmaması üçün sanksiyaların sərtləşdirildiyi bildirilib və bu məsələdə valideynlərin məsuliyyəti məsələsi önə çəkilib. Natiq xüsusilə yetkinlik yaşına çatmayanlara ədədlə siqaret satılmasını böyük problem kimi səciyyələndirib.
Ticarət və Xidmət Departamentinin nümayəndəsi Salman Məmmədli müzakirə edilən problemlə bağlı təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı danışıb. Natiq tütün məmulatlarının ədədlə satışının qarşısının alınacağı təqdirdə yeniyetmələrin siqaret almaq imkanlarının xeyli məhdudlaşacağına diqqəti yönəldib.
Səhiyyə Nazirliyinin nümayəndəsi Tofiq Musayev bildirdi ki, tütün tüstüsü həm siqaret çəkənlər, həm də çəkməyənlər üçün böyük problemdir. O, yeniyetmələrin 7 %-nin, qadınların 1 %-nin siqaret çəkdiyini qeyd edib, lakin adı çəkilən qrupların 49 %-nin öz evlərində tütün tüstüsünün qoxusuna məruz qaldığını qeyd edib. Nazirlik nümayəndəsi tütün məhsulları üçün aksiz vergisinin qaldırılmasının və ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsinin vacibliyini vurğulayıb.
Müzakirələrə yekun vuran Elçin Salmanov növbəti mərhələdə Cəlilabad, Xaçmaz, Şamaxı, Şəki rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində rayon polis şöbələrinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşlarının, rayon təhsil şöbələri və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə seminarların keçiriləcəyini bildirdi.


AVCİYA yeniyetmələrə siqaret satılması haqqında monitorinqin nəticələrini açıqladı
AVCİYA yeniyetmələrə siqaret satılması haqqında monitorinqin nəticələrini açıqladı

Oxunub: 70 dəfə | Tarix: 11-04-2017, 15:20 | Kateqoriya:

---