• flag
  • flag
  • flag

İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU

BIQ
qabiq
samaxi-soyqirim

Avropa Şurasının nümayəndələrinə Azərbaycanda insan hüquqlarının təmini istiqamətində görülən işlər barədə məlumat verilib

Avropa Şurasının nümayəndələrinə Azərbaycanda insan hüquqlarının təmini istiqamətində görülən işlər barədə məlumat verilib
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi Emin Eyyubov və Avropa Şurasının Bakı ofisinin rəhbər müavini Jöel Mermet də iştirak ediblər.

E.Süleymanova qeyd edib ki, 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilməklə Azərbaycan üzərinə bir sıra öhdəliklər götürüb. Bu öhdəliklərin icrası yalnız Avropa Şurası ilə əməkdaşlıq naminə deyil, eyni zamanda, dövlətimizin maraqları, onun demokratikləşdirilməsi, insan hüquqlarının daha etibarlı təmin edilməsi, ölkədə Avropa dəyərlərinin tam şəkildə bərqərar edilməsi üçün həyata keçirilir.

Müvəkkil sözügedən qurum qarşısında götürülən öhdəliklərdən biri kimi ölkədə ilk Ombudsman təsisatının yaradılması, onun çoxşaxəli fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri haqqında geniş məlumat verib.

İnsan hüquqlarının təmini istiqamətində qonaqlara ətraflı məlumat verən Elmira Süleymanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamın insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ olduğunu bildirib.

Ombudsmanın fəaliyyətini yüksək qiymətləndirən Aleksandr Qessel ölkədə son illər ərzində baş verən inkişaf proseslərində bu təsisatının rolunun böyük olduğunu bildirib. Vurğulanıb ki, ombudsmanın bu illər ərzində vətəndaş cəmiyyəti institutları ilə qurduğu səmərəli əməkdaşlıq əlaqələri, QHT-lərin fəaliyyətinə verdiyi dəstək, onların problemləri ilə daim maraqlanması, həmçinin əhalinin bütün kateqoriyalarının hüquqlarının müdafiəsinə göstərdiyi diqqət onu təbii bir quruma çevirib.

Müvəkkil qonaqlara Azərbaycanın və Ermənistanın Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı hər hansı güc tətbiqinə və hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürdüklərini diqqətə çatdırıb. Ombudsman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 25 ildən çox davam etdiyini vurğulayıb, yaxın gələcəkdə Avropa Şurası tərəfindən ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkün soydaşlarımızın doğma yurdlarına qayıtmaları şərti ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində konkret tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə ölkədə insan hüquqlarının ümumi vəziyyəti, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər də müzakirə edilib.

AZƏRTAC

Oxunub: 61 dəfə | Tarix: 17-03-2017, 12:14 | Kateqoriya:

---