• flag
  • flag
  • flag

İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU

BIQ
qabiq
samaxi-soyqirim

Ədliyyə Nazirliyində şərti olaraq vaxtından əvvəl azad olma institunun tətbiqi ilə bağlı yaradılmış komissiyanın növbəti iclası keçirildi

 Ədliyyə Nazirliyində şərti olaraq vaxtından əvvəl azad olma institunun tətbiqi ilə bağlı yaradılmış komissiyanın növbəti iclası keçirildi
22 fevral 2017-cı il tarixində Ədliyyə Nazirliyində şərti olaraq vaxtından əvvəl azad olma institunun tətbiqi ilə bağlı yaradılmış komissiyanın növbəti iclası 7 saylı cəzaçəkmə müəssisəsində keçirilmişdir. Komissiyanın işində “İnsan hüquqları XXI əsr - Azərbaycan” fondunun prezidenti, Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü Şahin Camalov da iştirak etmişdir. İclas zamanı komissiya tərəfindən 7 saylı cəzaçəkmə müəssisəsindən cəza müddətinin bir hissəsini tamamlamış, vaxtından əvvəl şərti azad olunması məqsədilə ümumilikdə 10 nəfər məhkumun işinə baxılmış, onların şəxsi işləri, cəza çəkdiyi müddətdə müəssisənin daxili nizam-intizam qaydalarına necə riayət etməsi və islah prosesinə münasibəti ciddi araşdırılmış, məhkum barədə müəssisə əməkdaşlarının rəyi öyrənilmişdir. İclasın yekununda qaldırılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.
Adıçəkilən Komissiya şərti olaraq vaxtından əvvəl azad olma institunun tətbiqinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə ədliyyə naziri Fikrət Məmmədovun təşəbbüsü ilə yaradılmışdır. İctimai Komitə üzvlərinin də aktiv iştirak etdiyi Komissiya artıq bir neçə ildir ki, uğurla fəaliyyət göstərməkdədir.

Oxunub: 115 dəfə | Tarix: 23-02-2017, 12:43 | Kateqoriya:

---