• flag
  • flag
  • flag

İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU

BIQ
qabiq
samaxi-soyqirim

Birgə İşçi Qrupunun "Qaynar xətt" və "Hüquqi məsləhət mərkəzi" xidmətləri

Birgə İşçi Qrupunun "Qaynar xətt" və "Hüquqi məsləhət mərkəzi" xidmətləriBirgə İşçi Qrupunnun “Qaynar Xətt” və “Hüquqi Məsləhət Mərkəzi” xidmətləri 08 may 2008-ci il tarixdən yaradılmışdır. Bu xidmətlər yaradıldıqdan sonra bu barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə müxtəlif istiqamətlərdə işlər aparılmışdır. Belə ki, xidmətlər barədə 13 000 ədəd reklam bukletləri hazırlanaraq bütün ölkə ərazisi üzrə vətəndaşlara paylanmış, xidmətlərlə bağlı elanlar 8 ay ərzində davamlı Yeni Musavat və Olaylar qəzetlərində dərc edilmiş, metropoliten vaqonlarında və avtobus dayanacaqlarında yerləşdirilmişdir.

“Qaynar Xətt” xidməti çərçivəsində hüquq pozuntuları ilə bağlı ərizə və şikayətlər qəbul edidikdən sonra ilkin olaraq Qrupun hüquqşunas-ekspertləri tərəfindən baxılır və hüquq pozuntusu müəyyən olunduğu halda vətəndaşın hüquqlarının bərpa edilməsi istiqamətində işlər aparılır. İşlə bağlı müsbət nəticə əldə edilənədək proses nəzarətdə saxlanılır. “Hüquqi Məsləhət Mərkəzi” xidməti çərçivəsində hüquqi məsləhətə ehtiyyacı olan vətəndaşlar keyfiyyətli hüquqi məsləhətlərlə təmin olunurlar. Qeyd edək ki, adı çəkilən xidmətlər tam ödənişsiz həyata keçirilir.

“Qaynar xətt”
408-30-17

Hüquq pozuntuları ilə bağlı ərizə və şikayətlərlə qaynar xətt xidmətinə müraciət edə bilərsiniz. Qaynar xəttə daxil olmuş müraciətlər Beynəlxalq İşçi Qrupunun hüquqşünasları tərəfindən araşdırılır, bununla bağlı müvafiq qurumlara müraciət edilir, müraciət etmiş vətəndaşın hüquqlarının bərpa olunması istiqamətində işlər aparılır və hüquq pozuntusu aradan qaldırılanadək işin gedişinə nəzarət olunur.

“Hüquqi məsləhət mərkəzi”
408-30-27

Hüquqi məsləhətə ehtiyyacınız varsa “Hüquqi Məsləhət Mərkəzi”nə müraciət edərək pulsuz hüquqi məsləhət ala bilərsiz. Beynəlxalq İşçi Qrupunun ekspert və hüquqşünasları sizin müraciətinizlə bağlı sizləri keyfiyyətli hüquqi məsləhətlə təmin edəcəklər.

Oxunub: 3206 dəfə | Tarix: 28-10-2014, 10:06 | Kateqoriya:

Haqqımızda / Qaynar xətt | Ətraflı...

"Qaynar xətt" xidmətinin rəhbəri, Birgə İşçi Qrupunun həmsədri

"Qaynar xətt" xidmətinin rəhbəri, Birgə İşçi Qrupunun həmsədriCamalov Şahin Vəkilağa oğlu Cəlilabad rayonun 1 saylı orta məktəbində, 1994-1998-ci illərdə isə Lənkəran Özəl Türk Litseyində oxumuşdur. 1998-2004-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakultəsində ali təhsili almışdır (bakalavr və maqistr pillələri). İxtisasca beynəlxalq hüquqşunasdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-hüquq Tədqiqatlar İnstitutunun beynəlxalq hüquq şöbəsinin aspirantıdır.

Cənubi Qafqazda insan hüquqlarının vəziyyətinə dair araşdırmalar aparır və bu mövzuyla bağlı elmi işin və çoxlu sayda məqalələrin müəllifidir. ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə İnsan hüquqlarının təbliği və tədrisini həyata keçirən “Xəzər” İnsan hüquqları məktəbinin yaradıcılarındandır. “Xəzər panoraması” ictimai-siyasi jurnalının redaktoru və məsul katibi olmuşdur. “İnsan hüquqları” (müəllimlər üçün vəsait), “Məktəblərdə insan hüquqları” (müəllimlər üçün vəsait) kitablarının müəllifidir.

2002-2004 illərdə “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq beynəlxalq hərəkatı” İctimai Birliyinin beynəlxalq hüquq üzrə ekspert-analitiki, 2004-cü ildən 2007-ci ilin sentyabr ayına kimi isə İcraçı direktoru vəzifələrində çalışıb. 2007-ci ilin sentyabr ayından “İnsan hüquqları XXI əsr - Azərbaycan” Fondunun prezidentidir. İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun həmsədridir.

Oxunub: 728 dəfə | Tarix: 28-10-2014, 10:05 | Kateqoriya:

Haqqımızda / Qaynar xətt | Ətraflı...

"Qaynar xətt" xidmətinin hüquqşünası

"Qaynar xətt" xidmətinin hüquqşünası
Musayeva Aygül Zahid qızı 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Aygül xanım 1995-2006-cı illərdə 283 saylı məktəbdə orta təhsilini tamamladıqdan sonra ali məktəbə daxil olmuşdur və 2006-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüqüşunaslıq ixtisası üzrə təhsil almışdır. Aygül xanım 2011-ci ildən etibarən İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun “Qaynar Xətt” Xidmətinin hüquqşünasıdır.

Oxunub: 709 dəfə | Tarix: 28-10-2014, 10:04 | Kateqoriya:

Haqqımızda / Qaynar xətt | Ətraflı...

“Məsləhət Mərkəzi” xidmətinin hüquqşunası

“Məsləhət Mərkəzi” xidmətinin hüquqşunasıƏliyev Samir Sahib oğlu 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1996-2002 ci illərdə 285 saylı orta məktəbdə, 2002-2007- ci illərdə Bakı Özəl Türk liseyində orta təhsili davam etdirmişdir. 2007-ci ildə Bakı Dövlət universitetinin Hüquq fakultəsinə daxil olmuşdur. 2008-2009- cu illərdə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Kanvoy taborunda hərbi xidməti başa vurmuşdur. 2013-cü ildə Bakı Dövlət universitetinin Hüquq fakultəsini bakalavr dərəcəsi üzrə bitirmişdir. 2014-cü ilin oktyabr ayından etibarən İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun “Məsləhət Mərkəzi” xidmətində hüquqşünas vəzifəsində çalışır.

Oxunub: 316 dəfə | Tarix: 28-10-2014, 09:57 | Kateqoriya:

Haqqımızda / Qaynar xətt | Ətraflı...

"Qaynar xətt" xidmətinin hüquqşunası

"Qaynar xətt" xidmətinin hüquqşunasıAbdulrəhmanov Vüqar Eldar oğlu 09 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Həzi Aslanov adina 175 saylı orta məktəbə getmişdir və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 2007-ci ildə Vüqar Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 2011- ci ildə universiteti bitirmişdir. Bundan sonra, 2011-13-cü illərdə həmin universitetdə magistr dərəcəsi üzrə təhsilini davam etdirmişdir. Abdulrəhmanov Vüqar 2007-2009-cu illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaşəkmə müəssisəsində işləmişdir. 2010-2011-ci illərdə Səbail rayon məhkəməsində İcra şöbəsində köməkçi və hakim köməkçisi işləmişdir. 2012-2013-cü illərdə Nəsimi rayon İcra şəbəsində köməkçi vəzifəsində işləmişdir. Hal-hazırda, İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu “Qaynar Xətt ” xidmətində könüllü qismində işləyir.

Oxunub: 434 dəfə | Tarix: 28-10-2014, 09:46 | Kateqoriya:

Haqqımızda / Qaynar xətt | Ətraflı...

"Qaynar xətt" xidmətinin hüquqşunası

"Qaynar xətt" xidmətinin hüquqşunasıPaşayev Qəzənfər Malik oğlu 1992-ci il 16 noyabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1999-2004-cü illərdə Sabunçu rayonu 271 saylı orta məktəbdə təhsil almış, 2004-2010-cu illərddə isə 104 saylı orta məktəbdə təhsilini davam etdirmiş və bu məktəbdən məzun olmuşdur. Məktəbi bitirdiyi ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuşdur. 2014-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişdir. 2014-cü il oktyabr ayından etibarən İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunda “Qaynar Xətt” xidmətində hüquqşunas vəzifəsində çalışır.

Oxunub: 660 dəfə | Tarix: 28-10-2014, 09:37 | Kateqoriya:

Haqqımızda / Qaynar xətt | Ətraflı...

Azərbaycanda yaşayan Ukrayna vətəndaşları seçkilərdə Qarşılıqlı Yardım Partiyasına səs veriblər

Azərbaycanda yaşayan Ukrayna vətəndaşları seçkilərdə Qarşılıqlı Yardım Partiyasına səs veriblər


Azərbaycanda yaşayan Ukrayna vətəndaşları seçkilərdə Qarşılıqlı Yardım Partiyasına səs veriblər

Oxunub: 111 dəfə | Tarix: 27-10-2014, 16:43 | Kateqoriya:

--- | Ətraflı...

"Girovları azad et" virtual flaşmob aksiyası başladı

"Girovları azad et" virtual flaşmob aksiyası başladı


"Girovları azad et" virtual flaşmob aksiyası başladı

Oxunub: 157 dəfə | Tarix: 27-10-2014, 15:29 | Kateqoriya:

--- | Ətraflı...

Ukrayna Prezidentinin toxunulmazlığı ləğv edilə bilər

Ukrayna Prezidentinin toxunulmazlığı ləğv edilə bilər


Ukrayna Prezidentinin toxunulmazlığı ləğv edilə bilər

Oxunub: 120 dəfə | Tarix: 27-10-2014, 15:20 | Kateqoriya:

--- | Ətraflı...

Mübariz Əhmədoğlu: "Ameria" şirkətlər qrupunun sahibi Ruben Vardanyanın son aktivliyi də Ermənistanın Rusiyadan uzaqlaşmasına xidmət edir

Mübariz Əhmədoğlu: "Ameria" şirkətlər qrupunun sahibi Ruben Vardanyanın son aktivliyi də Ermənistanın Rusiyadan uzaqlaşmasına xidmət edir


Mübariz Əhmədoğlu: "Ameria" şirkətlər qrupunun sahibi Ruben Vardanyanın son aktivliyi də Ermənistanın Rusiyadan uzaqlaşmasına xidmət edir

Oxunub: 127 dəfə | Tarix: 27-10-2014, 15:18 | Kateqoriya:

--- | Ətraflı...