• flag
  • flag
  • flag

İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU

BIQ
qabiq
samaxi-soyqirim

Səlimov Kamil - Birgə İşçi Qrupunun həmsədri

Səlimov Kamil - Birgə İşçi Qrupunun həmsədri1973-cü ildən Məhkəmə Ekspertizaları ETİ-da laborant işləmişdir. 1974-cü ildən 1979-cu ilə qədər Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində oxumuşdur. 1979-cu ildən vəkil işləmişdir. 1984-cü ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyası sədrinin müavini seçilmiş və 1987-ci ilə qədər həmin vəzifədə işləmişdir. 1987-ci ildə SSRİ Prokurorluğu yanında Cinayətkarlığın Səbəblərinin Öyrənilməsi və Qarşısının Alınması üzrə Tədbirlərin Hazırlanması Ümumittifaq İnstitunda hüquq elmləri namizədi dərəcəsi almaq üçün namizədlik dissertasiyası müdafiə etmişdir. 1987-ci ildən Bakı Dövlət Universitetinin kriminalistika və məhkəmə ekspertizası kafedrasında müəllim işləyir. 1992-ci ildən hal-hazıradək bu kafedranın müdiri işləyir. 2000-ci ildə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ETİ-də hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir.

2004-cü ilin yanvarından "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin sədridir. Təhlükəsizlik üzrə Cənubi Qafqaz Regional Qrupu İnstitutunun üzvüdür (Gürcüstan). C.Marşal adına Avropa Təhlükəsizlik Məsələlərinin Öyrənilməsi üzrə Hərbi Akademiya və İnstitutlar Konsorsyumu (Almaniya) yanında terrorizmlə mübarizə qrupunun ekspert üzvü və kriminoloq və kriminalistlər cəmiyyətinin üzvüdür (Rusiya Federasiyası). Təhlükəsizlik, mütəşəkkil cinayətkarlıqla və terrorizmlə mübarizənin aktual problemləri, tədqiqat taktikası və operativ-axtarış fəaliyyəti üzrə 80-dən çox elmi işin müəllifidir.

Oxunub: 679 dəfə | Tarix: 26-12-2009, 12:49 | Kateqoriya:

Haqqımızda / Əməkdaşlarımız | Ətraflı...

Camalov Şahin - Birgə İşçi Qrupunun həmsədri, "Qaynar xətt" xidmətinin rəhbəri

Camalov Şahin - Birgə İşçi Qrupunun həmsədri, "Qaynar xətt" xidmətinin rəhbəriCamalov Şahin Vəkilağa oğlu Cəlilabad rayonun 1 saylı orta məktəbində, 1994-1998-ci illərdə isə Lənkəran Özəl Türk Litseyində oxumuşdur. 1998-2004-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakultəsində ali təhsili almışdır (bakalavr və maqistr pillələri). İxtisasca beynəlxalq hüquqşunasdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-hüquq Tədqiqatlar İnstitutunun beynəlxalq hüquq şöbəsinin aspirantıdır.

Cənubi Qafqazda insan hüquqlarının vəziyyətinə dair araşdırmalar aparır və bu mövzuyla bağlı elmi işin və çoxlu sayda məqalələrin müəllifidir. ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə İnsan hüquqlarının təbliği və tədrisini həyata keçirən “Xəzər” İnsan hüquqları məktəbinin yaradıcılarındandır. “Xəzər panoraması” ictimai-siyasi jurnalının redaktoru və məsul katibi olmuşdur. “İnsan hüquqları” (müəllimlər üçün vəsait), “Məktəblərdə insan hüquqları” (müəllimlər üçün vəsait) kitablarının müəllifidir.

2002-2004 illərdə “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq beynəlxalq hərəkatı” İctimai Birliyinin beynəlxalq hüquq üzrə ekspert-analitiki, 2004-cü ildən 2007-ci ilin sentyabr ayına kimi isə İcraçı direktoru vəzifələrində çalışıb. 2007-ci ilin sentyabr ayından “İnsan hüquqları XXI əsr - Azərbaycan” Fondunun prezidentidir. İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun həmsədridir.

Oxunub: 758 dəfə | Tarix: 26-12-2009, 12:48 | Kateqoriya:

Haqqımızda / Əməkdaşlarımız | Ətraflı...

Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanmışdır

Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanmışdırMərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, dekabrın 1-dən etibarən aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanmışdır.

Oxunub: 444 dəfə | Tarix: 2-12-2009, 17:47 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

UNİSEF, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığına qarşı qanunun qəbulunu vacib sayır

UNİSEF, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığına qarşı qanunun qəbulunu vacib sayırUNİSEF, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığının qarşısını almaq üçün xüsusi qanunun qəbulunu vacib sayır.

Oxunub: 443 dəfə | Tarix: 2-12-2009, 17:46 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

Həmsədr ölkələrin XİN başçıları bəyanatla çıxış etmişlər

Həmsədr ölkələrin XİN başçıları bəyanatla çıxış etmişlərATƏT-in Xarici İşlər Nazirləri Şurasının dekabrın 1-2-də Afinada keçirilən 17-ci iclası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 3+2 formatında görüş olmuşdur.

Oxunub: 456 dəfə | Tarix: 2-12-2009, 17:40 | Kateqoriya:

Qarabağ / Xəbərlər | Ətraflı...

Biz, seçki prosesinin təkmilləşdirilməsi üzrə Azərbaycanla işləməyə hazırıq - DTİHB-nin rəhbəri

Biz, seçki prosesinin təkmilləşdirilməsi üzrə Azərbaycanla işləməyə hazırıq - DTİHB-nin rəhbəriATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ölkədə seçki prosesinin təkmilləşdirilməsi üzrə tövsiyələrin icrası məqsədilə Azərbaycanla işləməyə hazırdır.

Oxunub: 463 dəfə | Tarix: 2-12-2009, 17:37 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

ATƏT-in baş katibi Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin intensivliyinin saxlanmasının vacibliyini qeyd edir

ATƏT-in baş katibi Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin intensivliyinin saxlanmasının vacibliyini qeyd edirATƏT-in baş katibi Mark Perrin de Prişambo Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin intensivliyinin saxlanmasının vacibliyini qeyd edir.

Oxunub: 437 dəfə | Tarix: 2-12-2009, 17:32 | Kateqoriya:

Qarabağ / Xəbərlər | Ətraflı...

Azərbaycan Parlamenti bir il müddətində məişət zorakılığına qarşı qanun layihəsini qəbul etməlidir - vitse-spiker

Azərbaycan Parlamenti bir il müddətində məişət zorakılığına qarşı qanun layihəsini qəbul etməlidir - vitse-spikerAzərbaycan Parlamenti bir il müddətində məişət zorakılığına qarşı qanun layihəsini qəbul etməlidir. "Layihənin qəbul olunması üçün siyasi partiyaların, hüquq-mühafizə orqanlarının da bizə dəstək verməsi vacibdir", çərşənbə günü Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Oxunub: 437 dəfə | Tarix: 2-12-2009, 17:28 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

Azərbaycanda narkomanlara zərərin azaldılması proqramı tətbiq olunacaq

Azərbaycanda narkomanlara zərərin azaldılması proqramı tətbiq olunacaqAzərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxil olsa da, problem aktual məsələ olaraq qalır. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəmizdə təkcə 2009-cu ilin 6 ayı ərzində 220 yeni HİV-ə yoluxma faktı aşkar olunub.

Oxunub: 404 dəfə | Tarix: 1-12-2009, 18:00 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün müsabiqənin müddətini uzadacaq

Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün müsabiqənin müddətini uzadacaqAzərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün elan olunan fərdi müsabiqənin müddətini uzadacaq. "Jurnalistlər məqalələrin təqdimatı üçün vaxtın az olduğundan gileyləndiklərinə görə vaxtı dekabrın 5-dən 12-nə qədər uzadacağıq", - çərşənbə axşamı Trend News-a Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərov bildirib.

Oxunub: 421 dəfə | Tarix: 1-12-2009, 11:54 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...