• flag
  • flag
  • flag

İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU

BIQ
qabiq
samaxi-soyqirim

Ərdoğanın partiyası seçkidə qalib gəldi

Ancaq AKP-nin səsi 7 faiz azalıb Ərdoğanın partiyası seçkidə qalib gəldi

Martın 29-da Türkiyədə yerli özünüidarə orqanlarına keçirilən seçkinin rəsmi nəticələri hələlik açıqlanmayıb.

Lent.az-ın məlumatına görə, ölkə üzrə seçki bülletenlərinin əksəriyyəti sayılıb. İndiyə qədər məlum olan səsvermənin nəticələrinə əsasən, iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) seçkidə qalib gəlib. Bu partiyanın təxminən 39 faiz səs topladığı məlumdur. İkinci sırada ana müxalifət partiyası CHP (Cümhuriyyət Xalq Partiyası) yer alıb.

Ölkənin paytaxtı Ankara və ən böyük şəhəri İstanbulda AKP-nin namizədləri bələdiyyə sədri seçiliblər. Ankarada adı qalmaqallarda, korrupsiyada hallanan Melih Gökçək rəqibi Murad Qarayalçını geridə qoyaraq, 4-cü dəfə paytaxtın bələdiyyə sədri olub.

Oxunub: 394 dəfə | Tarix: 30-03-2009, 11:43 | Kateqoriya:

Mətbuat / Dünyada | Ətraflı...

Türkiyədə seçki toqquşmalarında ölənlərin sayı 6-ya çatıb

Türkiyədə seçki toqquşmalarında ölənlərin sayı 6-ya çatıbOnların əksəriyyəti yerli özünüidarə orqanlarına namizəddir

Türkiyədə yerli özünüidarə orqanlarına seçki zamanı baş verən silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Lent.az-ın məlumatına görə, Kayseri şəhərinin İncəsu qəsəbəsində səs verməyə gedən iki qrup arasında yaranan qarşıdurma 1 nəfərin ölümü, 1 nəfərin isə yaralanması ilə nəticələnib. Vanın Erçek yaşayış massivində səsvermə zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qarsın Kağzman rayonunun Qarabağ kəndində də namizədlərin tərəfdarları arasında ciddi qarşıdurma baş verib. Nəticədə kəndin muxtarlığına namizədlərdən 1-i ölüb, 5 nəfər isə ağır bədən xəsarəti alıb.

Oxunub: 383 dəfə | Tarix: 30-03-2009, 11:39 | Kateqoriya:

Mətbuat / Dünyada | Ətraflı...

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çox yaxındır"

Azərbaycana səfər edən Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Bakını tərk etməzdən əvvəl ANS-ə eksklüziv müsahibə verib"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çox yaxındır"

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çox yaxındır. Azərbaycan və Ermənistan prezidentlərinin arasında ümumi dil və qarşılıqlı inamın formalaşması bunu deməyə əsas verir". Bunu Ermənistan və Gürcüstandan sonra, yanvarın 26-da Azərbaycana səfər edən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Bakını tərk etməzdən əvvəl ANS-ə eksklüziv müsahibəsində deyib. Amerikalı diplomat Azərbaycanda səfərdə olarkən Xarici İşlər Nazirliyində keçirdiyi görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyəti, o cümlədən də, Azərbaycan və Ermənistan prezidentlərinin, bu ilin mayında Çexiyanın paytaxtı Praqada keçirilməsi planlaşdırılan görüşünə hazırlıq məsələlərini müzakirə edib.

Oxunub: 427 dəfə | Tarix: 27-03-2009, 10:29 | Kateqoriya:

Qarabağ / Xəbərlər | Ətraflı...

Ermənilər cəbhə xəttində təlimlərə başlayıblar

Toplar, tank və "Qrad" qurğularından müxtəlif hədəflərə doğru atəş açılırErmənilər cəbhə xəttində təlimlərə başlayıblar

Bu gün saat 11:30-dan etibarən Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı Uzundərə adlanan ərazisində hərbi təlimlərə başlayıblar.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, təlimlərdə əsasən artilleriya silahlarından istifadə edilir. Toplar, tank və "Qrad" qurğularından müxtəlif hədəflərə doğru atəş açılır.

Oxunub: 448 dəfə | Tarix: 27-03-2009, 10:27 | Kateqoriya:

Qarabağ / Xəbərlər | Ətraflı...

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR

Martın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir. MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR

MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Komissiyanın 2009-cu il martın 17-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.

Sonra MSK üzvü Qabil Orucov 2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmasına dair məsələ barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, referendumla əlaqədar “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri 2009-cu il martın 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına birgə müraciət edərək, səsvermə günü bəzi seçki (referendum) məntəqələrində qanun pozuntularının baş verməsini iddia etmiş, qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmiş və müraciət araşdırma üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki (Referendum) Komissiyası nəzdində ekspert qrupunun üzvünə verilmişdir.

Oxunub: 399 dəfə | Tarix: 27-03-2009, 10:21 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ QƏRARI

MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ QƏRARIQərar ¹ 17/83





Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır :
Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının 17 mart 2009-cu il tarixli iclasının protokolu təsdiq edilsin.

Oxunub: 400 dəfə | Tarix: 27-03-2009, 10:18 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

Bernar Fasie: “Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır”

Onun fikrincə, kompromis mövqelərin əldən verilməsi yox, problemin məğlubiyyətsiz həlli deməkdirBernar Fasie: “Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır”

Martın 24-də Avstriyanın paytaxtı Vyanada Böyük Britaniyanın “International Alert” qeyri-hökumət təşkilatının (QHT) təşkilatçılığı ilə “Dağlıq Qarabağ münaqişəsi: çağırışlar və cəmiyyətlər arasında etimadı möhkəmləndirmə üçün imkanlar” mövzusunda dəyirmi masa keçirilib.

“International Alert” təşkilatından APA-ya verilən məlumata görə, dəyirmi masada Azərbaycan və Ermənistandan 40-dək vətəndaş cəmiyyətinin təmsilçisi, ekspert və ziyalılar, habelə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Yuri Merzlyakov (Rusiya), Metyu Brayza, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Aleksandr Katsanis iştirak ediblər.

Oxunub: 407 dəfə | Tarix: 25-03-2009, 19:50 | Kateqoriya:

Qarabağ / Xəbərlər | Ətraflı...

Avropa Şurası Azərbaycana yeni məruzəçi təyin etdi

Səməd Seyidov deyib ki, Azərbaycanın bu məsələyə münasibəti mənfidir Avropa Şurası Azərbaycana yeni məruzəçi təyin etdi

Avropa Şurası Parlament Assambleyasının İnsan Haqları və Hüquq Komitəsinin bu gün Berlində keçirilən iclasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçinin təyin edilib-edilməməsi məsələsi müzakirə olunub.

APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələr nəticəsində komitə Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyin edilməsi barədə qərar qəbul edib. Qərara görə, Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kristop Ştrösser (Christoph Strässer) xüsusi məruzəçi təyin olunub.

Oxunub: 409 dəfə | Tarix: 25-03-2009, 10:34 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

Elmira Süleymanova: “Ombudsman üçün iqtidar, müxalifət məfhumu yoxdur”

İnsan haqqları üzrə müvəkkil Elmira Süleymanova “Cümə Sevinc Osmanqızı ilə” verilişinin qonağı olubElmira Süleymanova: “Ombudsman üçün iqtidar, müxalifət məfhumu yoxdur”

- Elmira xanım, özünüz hesabatdan razı qaldınızmı?

- Bilirsiniz, bu vəzifə özü-özlüyündə elə bir vəzifədir ki, işlədikcə, müraciət edənləri razı saldıqca, nöqsan və qüsurları aradan qaldırdıqca, istəyirsən ki, bu fəaliyyət daha da səmərəli olsun. Bəlkə də bu, hər bir ixtisasa, hər bir sənətə aiddir.
Azərbaycanda ombudsman təsisatının yaradılması zərurətdən doğdu və get-gedə bu təsisat insanlar tərəfindən, istər dövlət qurumları, istərsə də vətəndaşlar, fərdlər tərəfindən daha çox anlaşılan oldu.

Oxunub: 484 dəfə | Tarix: 25-03-2009, 10:22 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

AŞPA-NINN YAZ SESSİYASI APRELİN 27-DƏ ÖZ İŞİNƏ BAŞLAYACAQDIR

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası aprelin 27-də öz işinə başlayacaqdır. AŞPA-NINN YAZ SESSİYASI APRELİN 27-DƏ ÖZ İŞİNƏ BAŞLAYACAQDIR
Aprelin 30-dək davam edəcək sessiyasının gündəliyinə Azərbaycanla bağlı heç bir məsələ daxil edilməmişdir.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daim komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı daimi nimayəndə heyətinin rəhbəri Səməd Seyidov demişdir ki, sessiyada AŞPA bürosunun və daimi komitənin fəaliyyəti, Makedoniya, Çernoqoriya və Moldovada keçirilmiş prezident seçkilərinin nəticələri, Avropa Şurasının 60 illiyinin qeyd edilməsi edilməsi, təcili hallarda insan hüquqlarına yardım kimi məsələlər müzakirə ediləcəkdir.

Oxunub: 363 dəfə | Tarix: 24-03-2009, 14:45 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...