• flag
  • flag
  • flag

İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU

BIQ
qabiq
samaxi-soyqirim

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA GÖRÜŞ

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA GÖRÜŞYanvarın 30-da Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ann Ders Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşdür.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, səfir Azərbaycanda demokratiyanın inkişafının yaxın tərəfdaş olaraq ABŞ üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş və 2009-cu il martın 18-nə təyin edilmiş referendumun hazırlanıb keçirilməsi ilə bağlı MSK-nın fəaliyyəti ilə maraqlanmışdır.
Komissiyanin sədri ABŞ-ın ölkəmizdəki səfirliyi ilə Mərkəzi Seçki Komissiyası arasında səmimi və səmərəli əməkdaşlığın mövcud olduğunu, bu münasibətlərin inkişaf etdirilməsindən və daha da möhkəmləndirilməsindən məmnunluq duyduğunu bildirmişdir. O, MSK tərəfindən ümumxalq səsverməsinin hazırlanıb keçirilməsi üzrə Təqvim Planının təsdiqləndiyini və qurumun bu plana uyğun olaraq addımlar atdığını qeyd edərək görülən işlər barədə ətraflı məlumat vermişdir.
Qonaq söhbət əsnasında, MSK-nın seçicilər və aşağı seçki komissiyaları üçün hazırladığı maarifləndirmə proqramı barədə məlumat verilməsini xahiş etmişdir.

Oxunub: 458 dəfə | Tarix: 31-01-2009, 10:46 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

AŞPA AZƏRBAYCANA 10 NƏFƏRLİK MÜŞAHİDƏÇİ QRUPU GÖNDƏRƏCƏK

Yanvarın 30-da Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başa çatdıqdan sonra qurumun büro iclası keçirilmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirmişdir ki, büroda qış sessiyasına yekun vurulmuş, müzakirə olunan məsələlərə münasibət bildirilmişdir. Büro üzvləri martın 18-də Azərbaycanda keçiriləcək referenduma Avropa Şurasının (AŞ) deputatlarından ibarət müşahidəçilərin göndərilməsi ətrafında fikir mübadiləsi aparmışlar. Qeyd olunmuşdur ki, martın 18-dək AŞ-da hər hansı bir yığıncaq keçirilmədiyindən qurumun Azərbaycana geniş tərkibdə müşahidəçi göndərməsi qeyri-mümkündür və digər tərəfdən buna o qədər də ehtiyac olmadığı bəyan edilmişdir. Ona görə də AŞPA-nın tanınmış və təcrübəli deputatlardan ibrət 10 nəfərlik müşahidəçi qrupunun göndərilməsi qərara alınmışdır. AŞPA-nın Monitorinq Komitəsi isə Konstitusiyaya təklif olunmuş dəyişikliklərlə bağlı məsələləri Venesiya Komissiyasına göndərəcəkdir.

Oxunub: 428 dəfə | Tarix: 31-01-2009, 10:32 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Birləşmiş Millətlər Təşkilatının “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 724-IIIQD nömrəli Qanunu ilə təsdiq edilmiş Fakültativ Protokolunun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Oxunub: 489 dəfə | Tarix: 30-01-2009, 13:27 | Kateqoriya:

Normativ hüquqi aktlar | Ətraflı...

MONİTORİNQ KOMİTƏSİNDƏ AZƏRBAYCANLA BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR

MONİTORİNQ KOMİTƏSİNDƏ AZƏRBAYCANLA BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİRAvropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun Monitorinq komitəsinin iclası keçirilmişdir. Müzakirələrdə Azərbaycan üzrə həmməruzəçilər Andreas Herkel və xanım Yevgeniya Jivkova, Azərbaycan nümayəndə heyətinin və Monitorinq komitəsinin üzvləri çıxış etmişlər. İclasda əsasən Azərbaycanda martın 18-də keçiriləcək referendum və milli tezliklərdə xarici radiostansiyaların yayımının dayandırılması ətrafında fkir mübadiləsi aparılmışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iclas baradə AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir:
- Monitorinq komitəsi ölkəmizdə keçiriləcək referendumun Azərbaycan xalqının tam hüquqi səlahiyyətində olmasını bir daha vurğulamışdır. Heç bir təşkilat, heç bir qurum bu məsələ ilə bağlı Azərbaycana təyziq göstərə bilməz. Yalnız AŞ və onun Venesiya Komissiyası öz dəstəyini, köməyini və münasibətini verməyə hazırdır.
Xarici radiostansiyalarla bağlı məsələyə gəldikdə, bəziləri, xüsusilə məruzəçilər bu radiostansiyaların bağlanmasını Azərbaycanda guya söz azadlığının və azad mətbuatın sıxışdırılması kimi təqdim etməyə çalışırlar. Ancaq Monitorinq komitəsi hesab edir ki, bu radiostansiyaların bağlanması AŞ-nin Azərbaycana tövsiyə etdiyi qanun əsasında baş vermişdir. Azərbaycanın Milli Teleradio Şurası (MTRŞ) AŞ tərəfindən tövsiyə olunmuş bir qurumdur və onun qərarının qanunazidd olması inandırıcı deyildir. Azərbaycan nümayəndə heyətinin üzvləri bu fikirləri çatdırandan sonra komitə üzvlərinin əksər ölkələrdən olan nümayəndələri onlarda da radiostansiyaların yayımına icazə verilmədiyini xatırlatmışlar.

Oxunub: 405 dəfə | Tarix: 30-01-2009, 13:23 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİRYanvarın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə MSK katibi Natiq Məmmədov referendum üzrə “Tərəqqi” təşviqat qrupunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilmişdir. Komissiya həmin təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir. Sonra referendum üzrə “Abad kənd” təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınmasına dair məsələyə baxılmış və həmin təşəbbüs qrupunun qeydə alınmasından imtina edilməsi haqqında qərar çıxarılmışdır.
İclasda Mərkəzi Seçki Komissiyasına “Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi tərəfindən daxil olmuş müraciət barədə məlumat verilmiş və bildirilmişdir ki, MSK-da fəaliyyət göstərən hüquqşünaslardan ibarət ekspert qrupu tərəfindən hərtərəfli araşdırma aparılaraq müxtəlif instansiyalara sorğular verilmiş və həmin müraciətdə göstərilən faktların öz təsdiqini tapmadığı müəyyən olunmuşdur. Müraciət əsassız olduğundan təmin edilməmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, ABŞ Milli Demokratiya İnstitutunun və Respublikaçılar İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. (AzərTAc)

Oxunub: 442 dəfə | Tarix: 30-01-2009, 13:20 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

ATƏT PA Cənubi Qafqazda münaqişələrin nizamlanması üzrə yeni təşəbbüsləri nəzərdən keçirəcək

ATƏT PA Cənubi Qafqazda münaqişələrin nizamlanması üzrə yeni təşəbbüsləri nəzərdən keçirəcəkATƏT-in Parlament Assambleyası Cənubi Qafqazda münaqişələrin nizamlanması üzrə yeni təşəbbüsləri nəzərdən keçirəcək. «Biz parlament səviyyəsində Cənubi Qafqazda münaqişələrin nizamlanması üzrə yeni təşəbbüsləri nəzərdən keçirəcəyik», - deyə cümə günü təşkilatın saytında yerləşdirilən press-relizdə bildirildiyinə görə ATƏT PA-nın rəhbəri Joao Soareş (Joao Soares) deyib. Təşəbbüslər ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi və Gürcüstan üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin regiona fevralın 21-də nəzərdə tutulan səfərindən sonra nəzərdən keçiriləcək.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır. «Bu il böyük problemlərlə dolu bir ildir, xüsusilə də, “dondurulmuş” adlandırılan münaqişələr baxımından», - deyə Soareş vurğulayıb.
ATƏT PA-nın rəhbəri ümumi şəkildə bu ilin prioritetlərini və Parlament Assambleyasının rolunu təsvir edib. «Həm hökumətlərin, həm də ATƏT parlamentarilərinin qarşılaşdığımız problemlərin aradan qaldırılmasına hazır olmaları olduqca vacibdir. 55 parlamenti təmsil edən təcrübəli parlamentarilər kimi bizim gücümüz və hökumətlərə təsirimiz var və əlbəttə ki, siyasi müzakirələrin cəbhə xəttində ola bilərik», - deyə Soareş bildirib.

Oxunub: 426 dəfə | Tarix: 30-01-2009, 13:15 | Kateqoriya:

Qarabağ / Xəbərlər | Ətraflı...

Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr qızğın keçib

Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr qızğın keçibAvropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr qızğın keçib. Komitənin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Azadlıq» radiosuna deyib ki, əsas üç məsələyə diqqət ayrılıb: Azərbaycanda martın 18-də keçiriləcək referenduma, müxalifət və insan haqlarının vəziyyətinə, bir də xarici radiostansiyaların milli tezlikdən çıxarılmasına.

A.Herkel deyib ki, o, iclasda Azərbaycan parlamentinin, Konstitusiya Məhkəməsinin referendum qərarını necə qəbul etdiyi haqda məlumat verib. Eyni zamanda, bildirib ki, hökumətin referendum qərarı barədə Venesiya Komissiyası məlumatsız olub.

Yanvarın 29-da keçirilən iclasda Monitorinq Komitəsi qərara gəlib ki, Venesiya Komissiyasına müraciət etsin ki, referendumla bağlı məsələdə ekspertiza aparsın:

Oxunub: 418 dəfə | Tarix: 30-01-2009, 13:04 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

AŞ Qonqadzenin qətlinə sifariş verənlərin tapılmasını tələb edir

AŞ Qonqadzenin qətlinə sifariş verənlərin tapılmasını tələb edir Avropa Şurası Parlament Assambleyası (AŞPA) öldürülən ukraynalı jurnalist Georgi Qonqadzenin qətlinə sifariş verənlərin tapılmasını tələb edir. Parlament Assambleyasının qəbul etdiyi qətnamədə deyilir ki, icraçılardan başqa təhrikçilər və təşkilatçılar da məsuliyyətə cəlb edilməyənə qədər Qonqadzenin qətliylə bağlı istintaq yekunlaşmış sayıla bilməz.
Assambleya hesab edir ki, ukraynalı prokurorlar «Melniçenko qeydləri» adlandırılan qeydlərin identifikasiyasını əcnəbi ekspertlərin iştirakıyla həyata keçirməlidirlər. İddia edilir ki, həmin qeydlərdə Ukraynanın keçmiş prezidenti Kuçmanın və yüksək vəzifəli üç şəxsin Qonqadzeni aradan götürülməsini müzakirə edilməsi əksini tapıb. Qətnamədə o da tələb olunur ki, qətldə iştirak etdiyi iddia olunan general Pukaçın həbsdən necə buraxıldığı və İsrailə necə gedib çıxdığı aydınlaşdırılsın. Assambleyanın bir tələbi də budur:
«Ukraynalı prokurorlar mərhum daxili işlər naziri Yuri Kravçenkonun işlə bağlı dindirilməsinə az qalmış intihar etməsi barədə iddiaları və bu ölümün ətrafındakı naməlum halları araşdırmalıdır».

Oxunub: 417 dəfə | Tarix: 30-01-2009, 12:55 | Kateqoriya:

Mətbuat / Dünyada | Ətraflı...

AŞ PA Rusiyanı işğalçı adlandırdı

Moskvadan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq qərarını ləğv etmək tələb olunub
AŞ PA Rusiyanı işğalçı adlandırdı
Avropa Şurası Parlament Assambleyası Abxaziya və Cənubi Osetiya ilə bağlı qətnamə qəbul edib. Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, AŞ PA Gürcüstanın bir hissəsinin Rusiya tərəfindən işğal edildiyi barədə qərar çıxarıb. Assambleya Rusiyanın sənədə təklif etdiyi heç bir dəyişikliyi qəbul etməyib. AŞ PA Moskvadan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq qərarını ləğv etməyi tələb edib. Bu ərazilərdə Rusiya hərbi bazalarının yaradılması qeyri-qanuni elan olunub. Rusiya hərbçilərinin Axalqori, Perevi və Yuxarı Abxaziyada olması isə Gürcüstan ərazisinin işğalı kimi dəyərləndirilib.

Oxunub: 454 dəfə | Tarix: 29-01-2009, 13:00 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

«Bütün ölkə referenduma hazırlaşır»

Rəbiyyət Aslanova: «Dəyişikliklər Konstitusiyaya zidd olsaydı Konstitusiya Məhkəməsi müsbət rəy verməzdi» «Bütün ölkə referenduma hazırlaşır»

18 marta təyin edilən referendum əleyhinə ölkənin aparıcı müxalifət partiyalarını özündə birləşdirən «Respublika və Qarabağ Uğurunda Vətəndaş Hərəkatı» Təşviqat Qrupunun sonuncu toplantısında Konstitusiyaya təklif olunan dəyişiklikləri qanunsuz hesab edib.
Müxalifət həmin əlavə və dəyişikliklərin özünün Konstitusiyanın bir sıra müəddəaları ilə ziddiyyət təşkil etdiyini əsas gətirərək, referendumun ləğv edilməsini tələb edib.
Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova qəzetimizə müsahibəsində bu ittihamlara cavab verib: «Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi barədə məsələ gündəmə gəlmə zərurəti hamıya aydındır. Referendum ona görə keçirilir ki, demokratik yolla inkişaf edən dövlətimizin ana qanunda bəzi islahatlar üçün zərurət yaranıb. Bununla bağlı geniş danışmağa ehtiyac yoxdur. Referendum qərarı verilib və ölkə ictimaiyyəti də buna hazırlaşır. Bu gün siyasi partiyalar da bu prosesdə iştirak edir».

Oxunub: 458 dəfə | Tarix: 29-01-2009, 12:39 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...