• flag
  • flag
  • flag

İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU

BIQ
qabiq
samaxi-soyqirim

BİQ-in “Qaynar xətt” xidmətinin məlumatı

BİQ-in “Qaynar xətt” xidmətinin məlumatı“Qaynar Xətt” Xidməti fəaliyyətə başladığı gündən bu günə kimi xidmətin tanıdılması üçün əhəmiyyətli işlər görülüb. 13 000-ə yaxın broşuralar çap olunmuş və əhalinin gur olduğu yerlərdə paylanmış, metro vaqonlarında bu günə qədər elanlar yerləşdirilmiş, Yeni Müsavat, 525-ci qəzet və Olaylar qəzetlərində elanlar çap etdirilmişdir. “Qaynar xətt” Xidmətinə daxil olmuş şikayətləri 7 hüquqşünasdan ibarət hüquqşünaslar qrupu araşdırmış, bütün problemlərə hüquqi qiymət verilmişdir. Qeyd edək ki, hüquq pozuntusu aşkar edilmiş bütün müraciətlərlə bağlı aidiyyatı üzrə rəsmi dövlət qurumlarına müraciətlər edilmiş, problemlərin həllində əməkdaşlığa çalışmışdır...

Oxunub: 860 dəfə | Tarix: 18-12-2008, 11:33 | Kateqoriya:

Fəaliyyətimiz | Ətraflı...

SOS: Bakı əhalisi təhlükədədir

SOS: Bakı əhalisi təhlükədədirİqtisadi artımla bağlı ölkə rəhbərliyi bütün sahələr üzrə, həmçinin sosial inkişaf sahəsinə aid jiddi qərarlar qəbul etməkdədir. Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini diqqət mərkəzində saxlamaq məqsədilə yeni yollar tikilir, istifadədə olan nəqliyyat arteriyaları, körpülər, yeraltı keçidlər isə abadlaşdırılır, təkmilləşdirilir. Ekspertlər qeyd edirlər ki, Azərbaycanın avtomobil nəqliyyatı bazarı dəyər baxımından iqtisadiyyatın digər sahələri arasında ən iri həcmli sahələrdən biridir. Bundan başqa, əhalinin rifah halının yüksəlməsi vətəndaşların şəxsi mülkiyyətindəki avtomobil nəqliyyatı vasitələrinin (ilk növbədə minik avtomobillərinin) sayının əhəmiyyətli dərəcədə artması ilə nəticələnir...

Oxunub: 1062 dəfə | Tarix: 18-12-2008, 11:13 | Kateqoriya:

Fəaliyyətimiz | Ətraflı...

“Avropa Məhkəməsində Azərbaycanla bağlı 40-a qədər şikayət üzrə qərar çıxarılması gözlənilir”

Xanlar Hacıyev: “Hazırda Azərbaycanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə 1000-dən çox şikayət daxil olub”.“Avropa Məhkəməsində Azərbaycanla bağlı 40-a qədər şikayət üzrə qərar çıxarılması gözlənilir”
APA-nın məlumatına görə, bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyev bildirib. Onun sözlərinə görə, şikayətlərin yarısını keçmiş Azərbaycan vətəndaşları olan ermənilər edib. X. Hacıyev bildirib ki, Azərbaycandan göndərilən şikayətlər müxtəlif səpkilidir: “Daha çox ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvlərlə bağlı müraciətlər var. Məhkəmə qərarlarının icra olunmaması, parlament seçkiləri zamanı yol verilən pozuntularla, mülkiyyətlə bağlı şikayətlər mövcuddur”. X. Hacıyevin sözlərinə görə, Avropa Məhkəməsində Azərbaycanla bağlı indiyə qədər 16 qərar qəbul olunub: “Lakin hazırda Azərbaycanla bağlı şikayətləri qəbul edən hüquqşünasların sayı çoxaldığından daha çox işə baxılacaq. Hazırda məhkəmənin gündəliyində Azərbaycanla bağlı 40-a qədər şikayətə dair qərarın çıxarılacağı gözlənilir. Ölkə ilə əlaqədar nə qədər şikayət yaranırsa, sabah bu şikayətlər potensial qərara çevrilir”.

Oxunub: 587 dəfə | Tarix: 11-12-2008, 13:55 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

Azərbaycanda ədalət mühakiməsinin səviyyəsi yüksəldilməlidir

Avropa Məhkəməsinin hakimi hesab edir ki, Azərbaycanda ədalət mühakiməsinin səviyyəsi, keyfiyyəti yüksəldilməlidir. Azərbaycanda ədalət mühakiməsinin səviyyəsi yüksəldilməlidir
Trend News-un məlumatına görə, bazar ertəsi Bakıda “Beynəlxalq standartların tətbiqi və strateji məhkəmə işləri” mövzusunda ATƏT-in keçirdiyi konfransda iştirak edən Azərbaycanın Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev jurnalistlərə bildirib ki, başqa dövlətlərdə olduğu kimi, Azərbaycan məhkəmələri də problemlərdən xali deyil. ”Mən ümumi şəkildə Azərbaycanın məhkəmələrinə qiymət verə bilmərəm. Bizim məhkəmələrdə də problemlər var və bunun səbəbləri çoxdur”, - deyə Hacıyev bildirib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT-in Bakı Ofisi tərəfindən 2006-2007-ci il üzrə Azərbaycan məhkəmələrində keçirilən monitorinqin nəticələrinə görə, məhkəmə araşdırmalarının çoxu mühüm hüquq və təminatlarla bağlı, vəkillə səmərəli təmsil olunma hüququ, qərəzsiz və müstəqil məhkəmə araşdırması hüququ, tərcüməçinin yardımından istifadə hüququ və əsaslandırılmış məhkəmə qərarı hüququ ilə bağlı beynəlxalq standartlara cavab vermir. Monitorinq zamanı müəyyən edilib ki, məhkəmələrin əksəriyyətinin texniki şəraiti qeyri-qənaətbəxşdir və lazımi monitorinq aparmağa, ictimaiyyətin nümayəndələrinin məhkəmə proseslərini izləmələrinə imkan vermir. Hesabatda vurğulanır ki, hakimlər bir sıra işlərdə işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara dair hər hansı iddianı tam və səmərəli araşdırmaq vəzifəsini yerinə yetirmir və zor vasitəsilə əldə olunan sübutları iş materiallarından çıxartmırlar.

Oxunub: 524 dəfə | Tarix: 11-12-2008, 13:40 | Kateqoriya:

--- | Ətraflı...

Bu gün Beynəlxalq İnsan Haqları Günüdür

Bu gün Beynəlxalq İnsan Haqları Günüdür  Bu gün Beynəlxalq İnsan Haqları Günüdür. Lent.az-ın məlumatına görə, dekabrın 10-da dünyanın bütün insanları və dövlətləri 1948-ci ildə İnsan hüquqlarının Ümumi Deklarasiyasının (İHÜD) qəbul edilməsinin 60 illik yubileyini qeyd edirlər. Müasir tarix üçün bu əlamətdar gündə dünyanın bütün xalqları İkinci Dünya Müharibəsi vaxtı baş vermiş genosidin bütün növlərinin məhv edilməsi üçün birləşiblər. Deklarasiya Birləşmiş Millətlər Təşkilatının (BMT) ilk böyük nailiyyətlərindən biri idi və bir çox beynəlxalq hüquqi sənədlər üçün əsas kimi xidmət göstərib.

Oxunub: 502 dəfə | Tarix: 10-12-2008, 16:55 | Kateqoriya:

Mətbuat / Dünyada | Ətraflı...

Brüsseldə Qarabağ danışıqları müzakirə edilib

Brüsseldə Qarabağ danışıqları müzakirə edilib   Dekabrın 9-da Brüsseldə Avropa Birliyinin yüksək rütbəli xarici siyasət rəsmiləri ilə Cənubi Qafqaz ölkələrinin Xarici İşlər nazirlərinin görüşü olub. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da müzakirə edilib. Prezidentlərin Moskva bəyannaməsi, Türkiyənin Qafqazda Sabitlik Paktı kimi təşəbbüsləri xatırladan E.Məmmədyarov bildirib ki, indi ermənistanlı həmkarı ilə birlikdə keçmişin pis miraslarının tarixdə qalmasına çalışırlar:

Oxunub: 541 dəfə | Tarix: 10-12-2008, 10:33 | Kateqoriya:

Qarabağ / Xəbərlər | Ətraflı...

Məmmədyarov NATO baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları və gələcək əməkdaşlıq planını müzakirə etmək niyyətindədir.

Oxunub: 500 dəfə | Tarix: 10-12-2008, 10:06 | Kateqoriya:

Qarabağ / Xəbərlər | Ətraflı...

BMT-nin baş katibi 10 dekabr İnsan Hüquqları Günü ilə bağlı müraciət yayıb

BMT-nin baş katibi 10 dekabr İnsan Hüquqları Günü ilə bağlı müraciət yayıb  BMT-nin baş katibi Pan Ki Mun 10 dekabr İnsan Hüquqları Günü ilə bağlı müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə bu il həmçinin İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin 60 illiyinin qeyd olunduğu da vurğulanıb. Baş katib qeyd edib ki, ikinci Dünya Müharibəsindən sonrakı məhrumiyyət və dağıntı dövründə hazırlanan Bəyannamə özündə insanlığın gələcək tərəqqi, ləyaqət və dinc yanaşı yaşama cəhdlərini əks etdirir: “Bu gün də Bəyannamə Birləşmiş Millətlər Təşkilatının bənzəri olmayan ayrılmaz bir hissəsi hesab edilir. Qarşılaşdığımız problemlər Bəyannaməni yaradanların qarşılaşdığı problemlər kimi çətindir. Biz ərzaq çatışmazlığı və qlobal maliyyə böhranı ilə üzləşirik.

Oxunub: 485 dəfə | Tarix: 6-12-2008, 10:34 | Kateqoriya:

Mətbuat / Dünyada | Ətraflı...

Göyçayda "Korrupsiyaya yox deyək" mövzusunda tədbir keçirilib

Göyçayda Korrupsiyaya qarşı Mübarizə Fondunun təşkilatçılığı ilə "Korrupsiyaya yox deyək" mövzusunda toplantı keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, YAP-ın Göyçay rayon təşkilatında keçirilən tədbirdə çıxış edən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri haqda məlumat verib, bununla bağlı mövcud olan qanunvericilik bazası, şəffaflığın artırılması ilə bağlı yerlərdə müvafiq maarifləndirmə işlərinin aparıldığını bildiriblər.

Oxunub: 535 dəfə | Tarix: 6-12-2008, 10:11 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...

Azərbaycan NATO üçün dəyərli tərəfdaşdır – Baş katibin xüsusi nümayəndəsi

TrendNews-un NATO Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsla müsahibəsi
Azərbaycan NATO üçün dəyərli tərəfdaşdır – Baş katibin xüsusi nümayəndəsi
- Azərbaycanın “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı” Proqramına dair fəaliyyəti ilə bağlı rəyiniz necədir?

- Azərbaycan Alyansda fəal və çox dəyərli tərəfdaşdır. Azərbaycanın qoşunları Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri çərçivəsində NATO ilə çiyin çiyinə durub və son vaxtlar oradakı Azərbaycan kontingentinin qüvvələri artıb. Azərbaycan müdafiə sektoru və təhlükəsizlik sektoru idarələrində köklü islahatların aparılması üçün NATO və NATO - nun ayrı - ayrı ölkələri ilə genişmiqyaslı əməkdaşlıqda iştirak edir. Bu, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsndə aparılan uzunmüddətli səylərdir. Azərbaycan bu ishalatların bir çox aspektində xeyli irəliləyişə nail olub. Əlbəttə, qarşıda hələ çox iş var. Biz Azərbaycana bu prosesdə yardım göstərməyi davam etdirmək istəyirik və müxtəlif nazirlik və idarələrdən olan azərbaycanlı həmkarlarımızla sıx əlaqədə işləyirik.

Oxunub: 537 dəfə | Tarix: 6-12-2008, 09:59 | Kateqoriya:

Mətbuat / Ölkədə | Ətraflı...