Azərbaycanla NATO arasında 2016-cı il PAP sənədinin müzakirəsi üzrə görüş keçirilib

Azərbaycanla NATO arasında 2016-cı il PAP sənədinin müzakirəsi üzrə görüş keçirilibAprelin 19-da Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil-qərargahında Azərbaycanla NATO arasında 2016-cı il “Planlaşdırma və Analiz Prosesi” (PAP) sənədi çərçivəsində tərəfdaşlıq məqsədlərinin müzakirəsi üzrə NATO-nun Şimali Atlantika Şurasının “28+1” formatında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, eləcə də NATO yanında Azərbaycan Daimi nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə regiondakı təhlükəsizlik məsələləri, müdafiə sahəsində aparılan islahatlar, PAP üzrə məqsədlərin yerinə yetirilməsi, o cümlədən NATO ilə hərbi uzlaşmanın genişləndirilməsinin perspektivləri üzrə müzakirələr aparılıb.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov NATO üzv dövlətlərinin nümayəndələrinə aprel ayının ilk günlərində qoşunların təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin həyata keçirdiyi təxribat fəaliyyətləri, onların qarşısının alınması, o cümlədən mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində keçirilən cavab tədbirləri barədə geniş məlumat verilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO