Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib

Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə edilibAzərbaycan Xarici işlər nazirinin müavini Nadir Hüseynov Gürcüstanın xarici işlər nazirinin müavini Zviad Qonadzeni qəbul edib.

Bu barədə Trend-ə XİN-dən məlumat verilib.

Gürcüstanın xarici işlər nazirinin müavini kimi ilk səfərini Azərbaycana edən Z.Qonadze ilə görüş zamanı Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin daimi inkişafı üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə eyni zamanda, Azərbaycanla Gürcüstan arasında mütəmadi keçirilən konsulluq məsləhətləşmələrinin iki ölkə vətəndaşlarının qarşılaşdıqları problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi baxımıdan əhəmiyyəti qeyd olunub.

Z.Qonadze Azərbaycan rəhbərliyinin siyasi, iqtisadi və digər sahələr, həmçinin, Gürcüstanın Azərbaycanda fəaliyyət göstərən səfirliyi üçün yeni inzibati binanın tikilməsi məqsədi ilə torpaq sahəsinin ayrılmasında göstərdiyi dəstəyinə görə Azərbaycan rəhbərliyinə ölkəsi adından təşəkkürünü bildirib.

Ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, müvafiq təcrübə mübadiləsinin aparılması, həmçinin, Xarici İşlər Nazirliklərinin səlahiyyətlərinə aid əhəmiyyət kəsb edən məsələlərin həlli istiqamətində gələcəkdə də nazir müavinləri səviyyəsində bu cür görüşlərin keçirilməsi Z.Qonadze tərəfindən təklif olunub.

Görüşün sonunda qonaq səmimi qəbula görə öz təşəkkürünü bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO