Azərbaycanın Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsindədir

Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri və təşkilat komitəsinin həmsədri Məhəmməd Vəliyevin rəhbərlik etdiyi Əfqanıstan müharibəsi iştirakçılarından ibarət qrup cəbhə bölgəsindədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlar hərbi hissələrdə döyüşçülərlə görüşür, cəbhə xatirələrindən danışır və şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi üçün öz səylərini əsirgəmirlər.

Bu günlər ərzində onlar Goranboy, Ağdam bölgələrində ön səngərlərdə Vətən torpaqlarının keşiyini çəkən əsgərlərlə görüşmüş, onlara xatirə hədiyyələri təqdim ediblər.

Əfqanıstan və Qarabağ müharibəsi iştirakçılarından, Binəqədi və Ağdam rayon Əfqanıstan Müharibəsi Veteranları təşkilatlarının sədrləri Məhəddin Rüstəmov, Rəfael Zeynalov, Ayxan Məmmədov, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev çıxış edib və Azərbaycan Ordusunun bugünkü qüdrətindən, gücündən qürur duyduqlarını bildirmiş və hər an Silahlı Qüvvələrin şəxsi heyətilə birlikdə Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan ediblər.

İctimai Birliyi sədri Məhəmməd Vəliyev xidmətdə fərqlənən bir qrup zabitə xatirə medalları təqdim edib.

Elə həmin gün cəbhə bölgəsindəki hərbi hissələrdən birində, ön xətdə Müdafiə Nazirliyinin nəşr etdirdiyi “10 il Heydər Əliyevin adı ilə” kitab albomunun və Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin “Vətən sənin əsgərinəm” kitabının təqdimat mərasimi keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO