Azərbaycanda yük və sərnişin daşıma xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək

Azərbaycanda yük və sərnişin daşıma xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək Azərbaycan ərazisində dəmir yolu ilə yük və sərnişin daşıma xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilib.

Qərara əsasən, respublika ərazisində yük və sərnişin daşıma “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”ndan çıxarılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, Nazirlər Kabinetinin bu qərarı ilə ölkə daxilində dəmir yolu ilə yük və sərnişin daşıma xidmətlərinin qiymətlərin tənzimlənməsi üzrə səlahiyyətlər QSC verilib.

“Əvvəllər bu funksiyanı Azərbaycanın Tarif Şurası yerinə yetirirdi, çünki QSC Nəqliyyat Nazirliyinin tabeliyində idi. Amma 2015-ci ilin sentyabr ayında “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxdı”, – deyə Əzməmmədov bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO