Azərbaycanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısı başlayıb

Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısı başlayıb.

APA-nın məlumatına görə, toplantıda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Qırğızıstan prezidenti Almazbek Atambayev iştirak edir.

Şurada sədrlik Qırğızıstandan Azərbaycana keçib. Qırğızıstan prezidenti sədrliyi Azərbaycan prezidenti İlham Əliyevə təhvil verib.

Sammitin yekununda Qəbələ Bəyannaməsi qəbul olunacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO