Azərbaycanda tikinti materiallarının istehsalı yarıyadək artıb

2014-cü ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər 46,5 milyon dəyərində məhsul istehsal ediblər ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 55,2 faiz çoxdur. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Məlumata əsasən, 2014-cü ilin yanvar-fevral aylarında 266,9 min ton sement (il ərzində artım 45,1 faiz), 36,1 min ton tikinti gipsi (artım 2,8 dəfə), 188,6 min ton hazır beton qarışığı (artım 29,5 faiz), 46,3 min ton asfalt (artım 7,2 faiz) istehsal edilib.

2014-cü il martın 1-nə olan vəziyyətə görə, müəssisələrin anbarlarında 15 milyon manat dəyərində hazır tikinti materialları ehtiyatı yaradılıb ki, bu da ölkənin anbarlarında mövcud olan bütün hazır məhsulların 4,8 faizini təşkil edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO