Azərbaycanda səslə idarə olunan mini kompüterlər yaradılır

Azərbaycanda səslə idarə olunan mini kompüterlər yaradılır. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu istiqamətdə işlər uzun müddət aparılıb.

Onun sözlərinə görə, Azərbaycan dilinin digər dillərə avtomatik və səsli tərcüməsi, mətnlərin başa düşülməsi və kifayət qədər praktiki əhəmiyyətə malik tam səslə idarə olunan mini kompüterlərin yaradılması və mobil təkliflərin işlənib hazılanması əldə olunan nailiyyətlərdəndir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO