Azərbaycanda müasir tələblərə cavab verəcək “Kinematoqrafiya haqqında ” yeni qanun qəbul ediləcək

Azərbaycanda “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi hazırlanır. Trend xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov komitənin bu gün keçirilən iclasında bildirib.

Komitə sədrinin sözlərinə görə, yeni qanun layihəsi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırlanır.

N.Cəfərov qeyd edib ki, Azərbaycanda kinematoqrafiya ilə bağlı qanun olsa da, hazırlanan qanun mahiyyəti və əhatə dairəsi etibarilə tamamilə yeni sənəd olacaq.

Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti tərəfindən film və serialların çəkilməsinə böyük diqqət verilir. Bu məqsədlə maliyyə vəsaitləri ayrılır. Yeni qanun layihəsində kinofilmlərin və serialların çəkilməsi, onların qorunması, maliyyələşdirilməsi, kadr hazırlığı və s. kimi məsələlər yer alacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO