Azərbaycanda imtahan binalarında mobil telefonlardan istifadəyə cəhd edən abituriyentlər avtomatik müəyyənləşəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ilk dəfə olaraq, təhlükəsizliyin gücləndirilməsi məqsədilə qəbul imtahanları keçirilən imtahan binalarında mobil telefon və digər rabitə qurğularını avtomatik aşkar edən sistemin tətbiqinə başlayır. Trend-in məlumatına görə, bunu komissiyanın sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarında şəffaflığın və təhlükəsizliyin təmin olunması istiqamətində daha bir yenilik tətbiq edib.

TQDK sədrinin sözlərinə görə, əgər imtahan iştirakçılarından kimsə qeyd olunan qurğulardan hər hansı birini aktiv edərsə, sistemin köməyi ilə onun yerləşdiyi otaq müəyyənləşdiriləcək: “Onsuz da imtahan binalarına buraxılış rejimində abituriyentlər ciddi yoxlamadan keçirlər. Buna görə də köməkçi vasitəni imtahan binasına keçirmək demək olar ki, mümkün deyil. Ancaq belə bir hal baş versə, həmin imtahan iştirakçısı müəyyən olunacaq və onun barəsində müvafiq tədbirlər görüləcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO