Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı

Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə verilən məlumata görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Temperaturun gecə 10-14° isti, gündüz 22-27° isti, Bakıda gecə 11-13° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcəkdir.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, temperaturun gecə 9-14° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO