Azərbaycanda “Facebook ” iştirakçıları üçün yeni xəbər

Onun sözlərinə görə, bu, Azərbaycanda dünyanın ən iri magistral operatorlarından biri olan “Level 3 Communications”ın kontentin çatdırılması şəbəkəsinin (CDN – Content Delivery Network) işə salınmasından sonra mümkün olacaq. “Level 3” şəbəkəsində “Facebook”un bütün kontenti keşlənir ki, bu da sosial şəbəkəyə daha sürətli və keyfiyyətli çıxış əldə etmək istəyən abonentlərin sorğusunu qarşılayır.

Mənbə qeyd edib ki, “Level 3 Communications” birinci səviyyəli provayderdir: “Onun sərəncamında dünyada məlumatın ötürülməsi üzrə ən iri magistral kanal şəbəkələrindən biri yerləşir. Azərbaycanda ilkin mərhələdə 10 giqabitlik server yerləşdiriləcək. 3 ay ərzində onun yüklənməsi 50 faizə çatarsa, şəbəkənin gücü artırılacaq. Bu istiqamətdə işləri ilin sonunadək reallaşdırmaq planlaşdırılır”.

Azərbaycanda “Level 3” kontentin çatdırılması şəbəkəsi əlavə ötürmə qabiliyyətini təmin edəcək, magistral şəbəkələrdə və serverdə yüklənməni azaldacaq, kontenti son istifadəçiyə yaxın yerləşdirməyə imkan verəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO