Azərbaycana yeni qədim əlyazma gətirilib

Azərbaycana yeni qədim əlyazma gətirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu ölkəyə yeni qədim əlyazma gətirib. Bu barədə Trend-ə institutun direktor əvəzi Paşa Kərimov məlumat verib.
O bildirib ki, 15-ci əsr osmanlı şairi Ətainin Nizami Gəncəvinin təsiri ilə türkcə yazdığı “Miniatürlü xəmsə” əsərinin bir nüsxəsinin surəti ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyindən Azərbaycana gətirilib. Nəfis əlyazma olan həmin nüsxə 340 səhifədən ibarətdir.
P.Kərimovun sözlərinə görə, Qacar şahzadəsi Nadir Mirzə Qacarın qədim milli xörəklərimizin reseptlərindən ibarət “Karnamə” adlı kitabı fars dilindən tərcümə edilərək çap edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO