Azərbaycan XİN Abxaziyada keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Abxaziyada keçirilmiş qondarma prezident seçkilərini tanımadığı barədə bəyanat qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirərək, Abxaziyada avqustun 24-də keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir.

Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyinin Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanatında deyilir ki, bu qondarma seçkilər beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun deyil.

Avropa İttifaqı da Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Aİ Abxaziyada keçirilmiş qondarma prezident seçkilərini tanımır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO