Azərbaycan velosipedçisi beynəlxalq yarışın ilk mərhələsini 27-ci sırada başa vurub

Avstraliyada təşkil olunmuş 2.1 kateqoriyalı “Herald Sun Tour” yarışında 116 km-dən ibarət 1-ci mərhələ başa çatıb. Kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçən bu mərhələdə qalib foto-finişlə müəyyənləşib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, pelotonda olan velosipedçilərdən 38 nəfərin vaxt göstəricisi eyni olub – 3 saat, 4 dəqiqə, 12 saniyə. Onların arasında “Synergy Baku”nun üzvü, avstraliyalı Patrik Leyn də var. Foto-finişə əsasən, ABŞ-ın “Garmin-Sharp” komandasının avstraliyalı üzvü Natan Haas 1-ci, Patrik Leyn isə 27-ci olub.

Komandamızın digər nümayəndəsi, Azərbaycanın U-23 yığmasının üzvü Tural İsgəndərov isə liderlərdən 2 dəqiqə, 26 saniyə geri qalmaqla 44-cü nəticə göstərib.

Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 163 km məsafə qət edəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO