Azərbaycan və Ermənistan prezidentlərinin bu ay görüşəcəyinə ümid edirik

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ümid edir ki, bu ay Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tutacaq. Trend-in məlumatına görə, bu barədə C.Uorlik öz “Twitter” səhifəsində yazıb.

C.Uorlik qeyd edib ki, prezidentlər sülh prosesinin ən vacib məsələlərini müzakirə edə bilərlər.

Amerikalı həmsədr, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Parisdə keçirilən görüşünün də səmərəli keçdiyini qeyd edib.

O bildirib ki, Azərbaycanın xarici işlər naziri ilə əsas məsələlər və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səmərəli danışıqlar keçirildi.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirib. Görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqədar narahatlıq ifadə olunub. Paris görüşündə münaqişənin nizamlanmasına dair danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO