Azərbaycan və Çexiya gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər

Azərbaycan və Çexiya Respublikası arasında gələcək əməkdaşlığın prioritet istiqamətləri Bakıda keçirilən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasında müəyyənləşdirilib.

İclasın yekunları üzrə komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov və Çexiyanın sənaye və ticarət nazirinin müavini İrji Qavliçek tərəfindən müvafiq protokol imzalanıb.

İ.Qavliçekin sözlərinə görə, Azərbaycan və Çexiya arasında habelə energetika, hasilat və emal sənayesi, nəqliyyat, səhiyyə və digər sahələr üzrə əməkdaşlığın gələcək inkişafı üçün geniş potensial mövcuddur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO