Azərbaycan və Anqola arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub

İqamətgahı Cənubi Afrika Respublikasının (CAR) Pretoriya şəhərində olan Azərbaycanın Anqoladakı səfiri Elxan Poluxov Anqolanın iqtisadiyyat naziri Abrahak Pio dos Jantos Qourqellə görüşüb.

Azərbaycanın CAR-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı hər iki ölkənin neft və qaz ölkəsi olması ilə yanaşı, iqtisadi əlaqələrin bütün sahələrinə diqqət yetirilməsinin vacibliyi səsləndirilib. Nazir bildirib ki, Anqola iqtisadiyyatının demək olar ki, əksər sahələrinin inkişafina dəstək tələb olunur və Azərbaycan kimi ölkənin öz təcrübəsinı və imkanlarını bölüşməsi hər zaman alqışlanır. Səfir E.Poluxov Anqola Prezidentinin Azərbaycanda təhsil alması səbəbindən ölkəmizin Anqolada yaxşı tanındığını və bu amilin iş adamları üçün müsbət bir işarə olduğunu qeyd edib. Bununla yanaşı, Azərbaycan ilə Anqola arasında iqtisadi əlaqələri tənzimləyən qanunvericilik bazasının olmamasının bir sıra çətinliklər yaratdığı bildirilib və bu vəziyyətin birgə səylər nəticəsində dəyişdirilməsinin zəruriliyi vurğulanıb.

Anqolalı nazir Azərbaycanın iqtisadi inkişafının uğurlu model olduğunu söyləyərək, əlaqələrin genişləndirilməsi üçün bütün zəruri işlərin görüləcəyini deyib.

E.Poluxov Anqolanın Gənclər və İdman Nazirliyinin dövlət katibi professor Albino da Kanseiçeo Jose ilə də görüşüb. Görüş zamanı hər iki ölkələrdə idman sahəsində aparılan işlər, əldə edilmiş nailiyyətlər barədə məlumat mübadiləsi aparılıb, gələcəkdə müxtəlif birgə layihələrinin həyata keçirilməsinə dair fikirlər səsləndirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO