Azərbaycan sinoptikləri sabaha hansı hava şəraitini vəd edirlər?

Sabah Bakıda havanın temperaturu bir neçə dərəcə enəcək, rayonlarda şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında sentyabrın 10-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO